16.07.2017 Gündəlik Bürclər (16 İyul 2017 Günlük Bürclər)
Buğa - Yalnız saat 12-14 aralığı gərginlik görünür. Həmin vaxt maksimum ehtiyatlı olun. Qalan zamanda isə çox şey ürəyinizcə olacaq. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır.
Əkizlər - İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq, özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Çətinlik çəksəniz, məsləhətləşmək də olar.
Xərçəng – Ümumən gərgin gün olsa da, özünüzü cilovlamalısınız. Hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Hirsli başda ağlın olmamasını da unutmayın.
Şir - Hansısa uğursuzluq haqqında düşünməyin. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək, səmərəli görüşlər, maliyyə uğurları da yolunuzu gözləyir.
Qız – Hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayın. Çünki ətrafınızda sizi aldadanlar artıb. Ciddi məbləğdə gəliriniz gözlənilməsə də, gün boyu büdcəniz boş qalmayacaq.
Tərəzi - Sakit bir gün yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Səhv və günahlarınızı etiraf etməyi bacarın. Burada qəbahət yoxdur.
Əqrəb - Saat 13-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, heç bir narahatçılığınız olmayacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı tövsiyə edir. Bu gün imkan daxilində uzaq səfərləri təxirə salın.
Oxatan - Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma belə bir təqvimdə hər şeydən əvvəl istirahətinizi təmin etməlisiniz, uzaq yol getməyin.
Oğlaq - Səhhətinizi qoruya bilsəniz, gün boyu heç bir çətinliklə rastlaşmayacaqsınız. Ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırın. Təzə əyin-baş almaq üçün çox uğurlu vaxtdır.
Dolça - Gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldin. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin.
Balıqlar - Bəxtinizə təzadlı bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız.