18.07.2017 Gündəlik Bürclər (18 İyul 2017 Günlük Bürclər)

17 Temmuz 2017
6 675
0
18.07.2017 Gündəlik Bürclər (18 İyul 2017 Günlük Bürclər)
Qoç - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.

Buğa – Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda isə istirahət edin.

Əkizlər – Mövcud sıxıntılarınıza görə dünyanı ittiham etməyin. Baş verənlərin səbəbini insanlarda və özünüzdə arayın. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün. Sevgi amilinə də diqqəti artırın.

Xərçəng - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.

Şir - Mənfi enerjili Ayın bürcünüzdə olması səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə də başlamayın.

Qız - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Unutmayın ki, ilin bu dövrü karyeranız üçün həddindən ziyadə uğurlu ərəfədir. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.

Tərəzi - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Qohumlarınızla münasibətləri tənzimləyin.

Əqrəb – Əgər qarşıdakı bir həftəni səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gündən ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Müştərək fəaliyyət üçün də uğurludur.

Oxatan - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

Oğlaq - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yoldaşlarınızla və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.

Dolça - Günün ümumi axarı enerjinizi ikiqat artıracaq. Bu isə şəxsi işlərinizdə böyük irəliləyişlərin start götürəcəyinə şərait yaradacaq. İndiki halda gələcəyə ümidlə baxmalısınız.

Balıqlar - Güzəştə getməyi sevməyən təbiətin bu çağında bacardığınız qədər təmkin göstərin. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.