26.07.2017 Gündəlik Bürclər (26 İyul 2017 Günlük Bürclər)
Buğa - Həmkarlarınızla aranızda gərginlik baş qaldırsa da, şəxsi münasibətlərdə, xüsusən də ailə-sevgi əlaqələrində vəziyyət xeyrinizə olacaq. Deməli, seçim məsələsində diqqətli olmalısınız.
Əkizlər - Həddindən ziyadə anlaşılmaz gündür. Ulduzların nəzarətindən çıxdığınızdan hər cür xoşagəlməzlik mümkündür. Ona görə də səhhətdən tutmuş fəaliyyətə qədər bütün sahələrdə qorunmalısınız.
Xərçəng - Riskli gündür. Buna görə də gözünüzü yumub irəli getməməli, ən xırda detalları belə yüz yol ölçüb-biçməlisiniz. Səhhətinizlə bağlı problemləriniz də mümkündür.
Şir - Müəyyən qədər gərginliklə rastlaşma ehtimalınız var. Ələlxüsus da iş yoldaşlarınızla qalmaqallarınız qaçılmazdır. Bacardığınız qədər hövsələli olun. Nüfuzlu adamlarla görüşləri təxirə salmayın.
Qız - Çalışın ki, ixtiyarınızda olan bu təqvimi daha çox hisslər üzərində qurasınız. Ailə-sevgi münasibətlərində, eləcə də işgüzar sövdələşmələrdə uğurlu gedişlər edə bilərsiniz.
Tərəzi - Yaxşı olar ki, pulla bağlı bütün planlarınızı təxirə salasınız. Çünki ulduzların düzümü maliyyə uğursuzluğundan xəbər verir. Riskdən və günvurmadan da qorunmağınız məsləhətdir.
Əqrəb - Ötən günlərdə rastlaşdığınız gərginlik və xoşagəlməz situasiyalar aradan qalxacaq. Odur ki, özünüzü bədhal göstərməyin. Qoy ətrafdakılar sizi nikbin görsün. Qonaq getmək də uğurludur.
Oxatan - Ulduzlar uğurlu məqamlar yaşayacağınızdan xəbər verir. Stress gətirən söhbət və mövzulardan uzaq olun. Saat 14-17 arası uğurlu əməkdaşlığınız və varlanacağınız mümkündür.
Oğlaq - Qarşınızda duran bu təqvimi istirahətə, qonaqlıqlara həsr edin. Çünki bu amil ovqatınızı yüksəldə bilər. Bacardığınız qədər fəaliyyətə az yer ayırın. Qida rasionunuza xüsusi fikir verin.
Dolça - Günün birinci yarısında diqqətli və tədbirli olmağınız vacibdir. Əks təqdirdə əsəbləriniz tarıma çəkiləcək. Sonrakı müddətdə isə qəlbinizə yaxın olanlar sizi sevindirəcək.
Balıqlar - Əlamətdar gün hesab etmək olar. Təxminən saat 12-dən başlayaraq proseslər xeyrinizə cərəyan edəcək. İstər fəaliyyət zəminində, istərsə də maddi məsələlərdə hər şey xeyrinizə olacaq.