27.07.2017 Gündəlik Bürclər (27 İyul 2017 Günlük Bürclər)

26 Temmuz 2017
5 660
0
27.07.2017 Gündəlik Bürclər (27 İyul 2017 Günlük Bürclər)
Qoç - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün geniş imkanlarınız olacaq. Müttəfiqlərinizin köməyindən istifadə edin. Göy qübbəsi sizi müdafiə etdiyindən heç bir qanqaraçılığı gözlənilmir.

Buğa - Bürcünüz üçün iyulun uğurlu təqvimlərindən biridir. Bir tərəfdən situasiyaların gözlənilmədən xeyrinizə dəyişməsi, digər tərəfdənsə perspektivli təkliflər almağınız ovqatınızı yüksəldəcək.

Əkizlər - Yeni əlaqələr yaratmaq, müşkül işlərə aydınlıq gətirmək üçün münasib gündür. Utopik düşüncələrə qapılmaqdansa, reallığa uyğun addım atın. Daxili xofunuzu aradan qaldırın.

Xərçəng - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdən razı qalacağınızı bəyan edir. Haqqınızda ağız büzənlərin çoxu nəyə qadir olduğunuzu görəcək. Özünüzü fağır göstərməyin.

Şir - Bu gün fiziki işlərə bir qədər ara verməyiniz lazım gələcək. Çünki rastlaşacağınız uğurlar daha çox işdən kənara təsadüf edəcək. Həlledici məqamlarda məqsədəuyğun qərarlar çıxarın.

Qız - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Sürprizlərə də hazır olun. Ulduzlar bəxtinizə xoş nüanslar bəxş edəcək. Axşam doğma ünvanlarda mehman olmağınız məsləhətdir.

Tərəzi - Səhhətinizdə hər şey qaydasındadırsa, bu təqvimdən narazı qalmayacaqsınız. Bu gün aldığınız təkliflər perspektivli olduğundan imtina etməyə tələsməyin. Uğurlu əlaqələr də mümkündür.

Əqrəb - Fərdi fəaliyyətinizdə böyük irəliləyişlərə keçid mərhələsini yaşamaqdasınız. Hər şey çıxardığınız qərarlardan birbaşa asılıdır. Belə məqamlarda kənar məsləhətlər o qədər də səmərəli deyil.

Oxatan - Təxminən saat 14-ə qədər ovqatınızda mənfi çalarlar müşahidə oluna bilər. Bunun üçün həll edə bilmədiyiniz məsələlərə girişməməlisiniz. Sonrakı müddətdə uğurlu sövdələşmələr mümkündür.

Oğlaq - Ətrafınızda olanları aldatmayın. Əks təqdirdə bunun acısını özünüz çəkəcəksiniz. Sizə xeyirxahlıq edənlərə borclu qalmayın. Nahardan sonra sevindirici hadisələrin şahidi olacaqsınız.

Dolça - Az da olsa, bədxah adamlar tərəfindən sıxıntılara mübtəla ola bilərsiniz. Əgər saat 15-ə qədər özünüzü toplasanız, sonrakı ərəfədə ümumi ovqatınız qənaətbəxş olacaq.

Balıqlar - Yaxşı olar ki, bütün enerjinizi fəaliyyət istiqamətinə yönəldəsiniz. Çünki hansısa danışıqların və ya müzakirələrin uğurlu nəticə verəcəyini ulduzlar təkzib edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.