29.07.2017 Gündəlik Bürclər (29 İyul 2017 Günlük Bürclər)

28 Temmuz 2017
5 099
0
29.07.2017 Gündəlik Bürclər (29 İyul 2017 Günlük Bürclər)
Qoç - İşlə bağlı yeniliklər yolunuzu gözləyir. Bu istiqamətdə sizə dəstək verənlər də tapılacaq. Günün ikinci yarısında birgə fəaliyyət planları haqqında götür-qoy etməyə dəyər.

Buğa - Ən başlıcası özünüzü mübahisədən qorumaqdır. Bunu bacarsanız, narahatçılığınız olmayacaq. İşgüzar sövdələşmələrdə iştirak etmək, problemləri birgə həll etmək üçün uğurlu məqamdır.

Əkizlər - İxtiyarınızda olan bu təqvimi sakit tərzdə başa vurmağa çalışın. Özünüzü gərginliyə sürükləməyin. Nəzərə alın ki, gün ərzində mənfi enerjili Ay bürcünüzdə olacaq. Qisas vaxtı deyil.

Xərçəng - Əsas diqqəti fəaliyyətə yönəldin. Bəzi üzdəniraq dostlarınızla sonrakı münasibətləri konkretləşdirin. Xəyanəti bağışlamadığınız kimi, özünüz də etməyin. Uzaq yola çıxmaq məsləhət deyil.

Şir - Havalar nə qədər qaynar olsa da, fəaliyyətinizə ara verməyin. Çünki bütün astroloji qaynaqlar bu təqvimdə uğurlu karyeraya yetişmək şansınızdan xəbər verir. Təşəbbüskar olun.

Qız – Gərgin məqamlarla dolu olan bu günün ilk yarısını təmkinlə başa vurmağa çalışın. Bütün vacib işlərin həllini növbəti aya saxlayın. Konkret olaraq bu günsə, səhhətinizi qoruyun.

Tərəzi - Nə qədər sadə görünsəniz, ulduzların yanında hörmətiniz də bir o qədər çox olar. Sizə ehtiyac duyanlara kömək göstərin. Saat 16-dan sonra riskli işlərə aludə olmayın.

Əqrəb - İyulun sonuna doğru bürcünüz üçün daha çox maddi cəhətdən uğurlu keçməlidir. Bu gün həm də gözləmədiyiniz istiqamətlərdən təkliflər alacaqsınız. Düşünmədən razılıq verməyin.

Oxatan - Astroloji göstəricilərə inansaq, səhhətlə bağlı müəyyən problemləriniz gözlənilir. Odur ki, qidalanma zamanı ehtiyatlı olmalı, xəsarət törədə bilən işlərdən daşınmalısınız. Hündürlüyə çıxmayın.

Oğlaq - Ailə-sevgi münasibətlərində vəziyyət qənaətbəxş olsa da, həmkarlarınızla aranızda soyuqluq yarana bilər. Bu amili nəzərə alıb verdiyiniz hər sözə əməl etməyə çalışın. Kimisə aldatmayın.

Dolça - Bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Əgər bu proses sonrakı müddətə qədər uzansa, münaqişəli situasiyalara cəlb oluna bilərsiniz. Qazanmaq ehtimalınız böyükdür.

Balıqlar - Bu gün istənilən məsələdə risk etmək sizə zərər verə bilər. Odur ki, hansısa addımı atmazdan qabaq yüz ölçüb bir biçin. Müştərək fəaliyyətə başlamaq üçün bu təqvimdən yararlanın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.