31.07.2017 Gündəlik Bürclər (31 İyul 2017 Günlük Bürclər)

30 Temmuz 2017
5 176
0
31.07.2017 Gündəlik Bürclər (31 İyul 2017 Günlük Bürclər)
Qoç - Saat 13-15 aralığını nəzərə almasaq, bu təqvimi kifayət qədər xoş ovqatla başa vura biləcəksiniz. Düz yolda olduğunuz üçün mövqeyinizdə bərk dayanın. Amma sərtlik də göstərməyin.

Buğa - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Əksinə, bu proqnozu oxuyan kimi aktivliyinizi artırmalısınız. Saat 15-18 arası sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Riskə dəyər.

Əkizlər - O qədər də uğurlu vaxt deyil. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkməyə çalışacaq. Əgər bu maneələrdən qurtulmaq istəyirsinizsə, təmkin göstərin. "Hirsli başda ağıl olmur" axı.

Xərçəng - Mistikaya qətiyyən varmayın. Xurafata uymaqdansa müqəddəs ziyarətgahlara baş çəkin. Hər hansı çılğınlıq, risk və lazımsız adamların işinə müdaxilələr məsləhət deyil.

Şir - Səhhətinizlə bağlı diqqətli olun. Yersiz sıxıntılar heç də xilas yolu deyil. Ailə-sevgi münasibətlərini tənzimləməyə çalışın. Maddi problemlərinizin tezliklə həll olunacağına inanın.

Qız - Adi bir tarix yaşamalı olacaqsınız. Hansısa müvəffəqiyyət və ya uğursuzluq gözlənilmir. Yaxşısı budur, adi istirahətlə məşğul olasınız. Bütün təkliflərdən imtina edin.

Tərəzi – Nahara qədər ovqatınızda baş qaldıran xoşagəlməzliklər qarşıya qoyduğunuz məqsədlərə yetişməyə mane ola bilər. Riskli işlərdən yayının. Sonrakı müddətdə isə dəstək alacağınız mümkündür.

Əqrəb - Maliyyə problemlərinin bolluğuna baxmayaraq, ulduzlar digər məsələlərdə yardımçınız olacaq. Günün ikinci yarısında isə sevindirici təsadüflərlə rastlaşmağa hazır olun.

Oxatan - Təəssüf ki, bir qədər gərgin gün yaşaya bilərsiniz. Bu səbəbdən də hətta su içəndə belə, ayıq-sayıqlıq göstərməlisiniz. Əsəblərinizi və daxili orqanlarınızı qoruyun ki, hədəfə çatmağa gücünüz yetsin.

Oğlaq - Uğurlu bir gün yaşayacaqsınız. İstər şəxsi büdcənizi artırmaqda, istərsə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq. Amma Ayın bürcünüzdə olmasını da unutmayın.

Dolça - Nəzərdə tutduğunuz planların ləng inkişafına görə usanmayın. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən etibarən şəxsi işlərinizdə böyük dönüşə yiyələnəcəyinizi bəyan edir.

Balıqlar - Nə qədər çətin olsa da, ixtiyarınızda olan bu təqvimdə neytral olmalısınız. Əks təqdirdə böyük qanqaraçılıq gözlənilir. Ələlxüsus da, pul haqq-hesablarında gözləmə mövqeyi tutun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.