03.08.2017 Gündəlik Bürclər (3 Avqust 2017 Günlük Bürclər)

02 Ağustos 2017
4 789
0
03.08.2017 Gündəlik Bürclər (3 Avqust 2017 Günlük Bürclər)
Qoç - Hiss olunur ki, gərgin bir ərəfə yaşamaqdasınız və bu, daxili gərginliyinizi artırıb. Odur ki, gün ərzində daha çox istirahətə yer ayırın. Ulduzlar sizə maddi dəstək verəcək.

Buğa - Təcrübəniz olmayan, başınız çıxmayan məsələlərə münasibət bildirməyin. Bu, sizi gözdən sala bilər. Yaxşı olar ki, əsas diqqətinizi son vaxtlar güclənən ağrılarınıza yönəldəsiniz.

Əkizlər - Ünsiyyətdə olduğunuz hər kəsi ciddi şəkildə dinləyin, onların problemlərinə laqeyd qalmayın. Elə davranın ki, sizə etibar edən şəxslərin gözündən düşməyəsiniz. Uzaq səfərləri təxirə salın.

Xərçəng - Yalnız sağlıq durumunuza diqqət ayırmalısınız. Yaxşı bilirsiniz ki, hirsli başda ağıl olmur. İndiki həssas məqamda isə ağılsızlıq heç kimə xeyir gətirmir. Qidanıza da fikir verin.

Şir - Münasibətlər zəminində yaranmış gərginliyi aradan qaldırmaq istəyirsinizsə, bu sətirləri oxuduğunuz andan hərəkətə keçin. Sonra gecikə bilərsiniz. Sevgiyə xüsusi həssaslıq göstərin.

Qız - Maliyyə uğurlarını nəzərə almasaq, ixtiyarınızda olan bu təqvimdən o qədər də razı qalmayacaqsınız. Buna baxmayaraq saat 14-17 arası yeni işlərin müzakirəsinə başlamaq olar.

Tərəzi – İkitərəfli əməkdaşlıq zəminində uğurlarınız labüddür. Amma gərək daxili sabitliyinizi qoruyasınız ki, nəticə uğurlu olsun. Günün ikinci yarısında digər yeniliklər də olacaq.

Əqrəb - Kənar məsləhətlərə ciddi şəkildə aludə olmayın. Amma bu, o demək deyil ki, kiminsə ədalətli qərarlarını tapdayasınız. Hər halda bu gün gələcək fəaliyyəti təyin etmək olar.

Oxatan - Maraqlı sövdələşmələrdə iştirakınız gözlənilir. Hətta ola bilər ki, bu amil növbəti bir neçə ayın uğurlarını da artırsın. Amma bütün işgüzar görüşləri günün ikinci yarısına salmalısınız.

Oğlaq- Hansısa gərginliyi gözləməyə dəyməz. Ən azından bu gün ağıllı və təmkinli olmağınız bütün prosesləri xeyrinizə döndərəcək. Ən böyük uğurlarınız fəaliyyət zəminində mümkündür.

Dolça – Ümumi süstlüyünüzü nəzərə alıb qızğın fəaliyyətə ara verin. Bunun əvəzində ailə üzvlərinizlə, sizə yaxın olan insanlarla birgə olmaq, köhnə qayğılardan bir qədər uzaqlaşmaq məsləhətdir.

Balıqlar - Əgər hər hansı mübahisəyə yol verməsəniz, qərəzli çıxışlar etməsəniz, ulduzlar sizi sevindirəcək. Hətta şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür. Riskli dəvətlərdən yayının.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.