05.08.2017 Gündəlik Bürclər (5 Avqust 2017 Günlük Bürclər)

04 Ağustos 2017
4 542
0
05.08.2017 Gündəlik Bürclər (5 Avqust 2017 Günlük Bürclər)
Qoç - Çoxsaylı görüşlərdə iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.

Buğa - Astroloji göstəricilər həmkarlarınızla münasibətdə təmkinli olmağı tövsiyə edir. Bunu bacarsanız, ciddi probleminiz olmayacaq. Çimərliyə getmək, təbiət qoynunda dincəlmək sizə zövq verə bilər.

Əkizlər - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən bir həftədə yol verdiyiniz səhvləri düzəltmək imkanı qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun.

Xərçəng - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə buna bir həftə nail ola bilməyəcəksiniz. Yerli-yersiz özünüzü tərifləməyin.

Şir - Hər şeydən öncə sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən, hündürlüyə çıxmaqdan ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.

Qız - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə duran ulduzlar sizi qoruyacaq.

Tərəzi - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər ötən 5 gündə yarımçıq qalan hansısa planınızın reallığa yaxın olacağını bildirir. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.

Əqrəb - Kifayət qədər məhsuldar gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə əsaslı dönüş də mümkündür.

Oxatan - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da büdcə məsələlərində sevindirici anlarınız olacaq. Bu gün uzaq səfərə çıxmaq olmaz.

Oğlaq - Bu zaman kəsiyində hər hansı bir mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz yalnız zərərinizə olacaq. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.

Dolça - Olduqca riskli gündür. Odur ki, istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı nəzərə almalısınız. Nəticənin uğurlu olmasını istəyirsinizsə, təcrübəli adamlardan yararlanın.

Balıqlar - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.