10.08.2017 Gündəlik Bürclər (10 Avqust 2017 Günlük Bürclər)
Buğa - Avqustun bu qəribə günü hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.
Əkizlər - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.
Xərçəng - Proseslərin inkişafı mənfi istiqamətdə cərəyan edə bilər. Bu səbəbdən bəzi məsələlərdə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir.
Şir - Maraqlı yeniliklərə hazır olun. Bütün göstəricilər güclü olacağınızdan, təxminən on günün işini görəcəyinizdən xəbər verir. Amma bu proseslər daha çox nahardan sonraya təsadüf edəcək.
Qız – Qarşınızda duran bu mistik təqvimdə yalnız işgüzarlığınızı artırmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Çünki bu addım böyük perspektivlərdən xəbər verir.
Tərəzi - Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.
Əqrəb – Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.
Oxatan - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamların müdaxilələrinə fikir verməyin. Bürcünüzün "hakimiyyətdə" olduğu bu gözəl gündə enerjinizi boş şeylərə görə itirməyin.
Oğlaq - Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.
Dolça - Sürprizlərlə dolu bir gün yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.
Balıqlar - Saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməyə çalışın.