14.08.2017 Gündəlik Bürclər (14 Avqust 2017 Günlük Bürclər)

13 Ağustos 2017
4 825
0
14.08.2017 Gündəlik Bürclər (14 Avqust 2017 Günlük Bürclər)
Qoç - Hər bir məsələdə obyektiv olun. Şəxsi ambisiyalarınızı qabartmayın. Əks təqdirdə gün boyu planlaşdırdığınız işlər pozula bilər. Uzaq səfərlərinizi təxirə salın.

Buğa - Etibarlı dostların köməyindən yararlana bilsəniz, günün ümumi mənzərəsindən razı qalacaqsınız. İşlə bağlı müəyyən passivlik gözlənilsə də, bu, müvəqqəti xarakter daşıyacaq.

Əkizlər - İxtiyarınızda olan bu təqvimdə hansısa günaha qol qoymayın. Hər addımda Tanrını başınız üstündə hiss edin. İnsanlara yalnız yaxşılıq edin ki, düşdüyünüz böhrandan çıxasınız.

Xərçəng - Boş dayanmağa lüzum yoxdur. İşıq ucu gələn bütün yollara baş vurun. Saat 12-14 arası imicinizə xələl gətirə bilən hallardan qorunun. Gün ərzində qazanmaq şansınız da var.

Şir - Qarşınızda elə bir təqvim durub ki, rastlaşdığınız hər bir detala diqqətlə yanaşmalısınız. Ələlxüsus da qarşılıqlı münasibətlərə, ailə-sevgi davranışlarına ciddi fikir verməlisiniz.

Qız - Ulduzlar fəaliyyət yönümündə passivlik vəd edir. Bu səbəbdən də diqqəti münasibətlərə, soyuqlaşmış əlaqələrin dirçəlməsinə yönəldin. Nahardan sonra mədəni istirahətə vaxt ayırın.

Tərəzi - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Nəzərdə tutduğunuz planları həyata keçirməkdə çətinliyiniz olmayacaq. Günün ikinci yarısında pul gözlənilir.

Əqrəb - Hansısa yeni fəaliyyətlə məşğul olmağa tələsməyin. Bunun əvəzinə hazırkı işlərinizə aludə olmağınız daha yaxşıdır. Qarşıdakı on günün planlarını indidən götür-qoy edin.

Oxatan - Fəaliyyətinizdə mühüm irəliləyişlər gözlənilir. Bu səbəbdən də bütün mümkün variantlardan yararlanın. Yeni münasibət qurduğunuz insanlara şübhə ilə yanaşmayın. Xoflanmağa lüzum yoxdur.

Oğlaq - Maliyyə problemlərinizi aradan qaldırmaq üçün ulduzlar sizə qarşı səxavət göstərəcək. Odur ki, ümidsizliyə qapılmamalısınız. Saat 13-17 aralığında yeni təkliflər də gözlənilir.

Dolça - Daha çox ehtiyatlılıq nümayiş etdirin. Xüsusən də günün birinci yarısında riskli sövdələşmələrdən, yeni təkliflərdən imtina edin. Əks cinslərinizlə tədbirli davranın.

Balıqlar - Emosionallıqdan çıxıb real düşünün. Yadda saxlayın ki, indi siz nə nağıllar aləmində yaşayırsınız, nə də dünyanın sahibisiniz. Necə deyərlər, çalışıb "Ayağınızı yorğana görə uzadın".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.