18.08.2017 Gündəlik Bürclər (18 Avqust 2017 Günlük Bürclər)

17 Ağustos 2017
4 649
0
18.08.2017 Gündəlik Bürclər (18 Avqust 2017 Günlük Bürclər)
Qoç - Hiss olunur ki, qarşıdakı həftə üçün böyük bir sınaq meydanına çəkiləcəksiniz. Elə isə bəri başdan buna hazır olun. Dualar oxuyun, ziyarət edin və Tanrının varlığını başınız üstündə hiss edin.

Buğa - Yaxşı olar ki, saat 16-ya qədər vaxtınızı ev şəraitində keçirəsiniz. Əks təqdirdə əsəbi situasiyalarla üzləşəcəksiniz. Sonrakı müddətdə isə maraqlı adamlarla rastlaşacaqsınız.

Əkizlər - Qarşınızda əlamətdar bir təqvim durur. Vaxtınızın əsas hissəsini əyləncə və qonaqlıqlara həsr etməklə səmərəli anlar yaşaya bilərsiniz. İmkan daxilində səfərə də çıxmaq olar.

Xərçəng - Ailə-sevgi münasibətlərində uğurlarınız gözlənilir. Bütün umu-küsüləri bir kənara atın. Taleyinizdə dönüş yarandığı indiki məqamda yalnız əzmkarlığınızı artırmalısınız.

Şir – Ayın sonuna qədər nəzərdə tutduğunuz işləri reallaşdırmaq istəyirsinizsə, bu təqvimdən səmərəli şəkildə yararlanın. Gün ərzində mühüm şəxslərlə sövdələşmələr aparın.

Qız - İşgüzar sövdələşmələr, pulla bağlı danışıqlar üçün münasib gün olmadığından bu kimi məsələləri təxirə salın. İndi sizə hər şeydən əvvəl orqanizminizi, xüsusən də əsəblərinizi qorumaq lazımdır.

Tərəzi - Səhhətinizdə passivlik hökm sürdüyündən dincəlməyiniz daha məqsədəuyğundur. Ağır fiziki işlərdən, səfərə çıxmaqdan yayının. Axşamsa sevdiyiniz adamlarla təmiz havada gəzinməyə çalışın.

Əqrəb - Şəxsi büdcənizdə artım olacağı gözlənilir. Deməli, ev şəraitində az olmağınız lazım gələcək. Sizə ehtiyac duyanları sevindirməyə çalışın. Texniki avadanlıqlarla ehtiyatlı olun.

Oxatan – Bürcünüzdəki planetar quruluş maddi dirçəlişdən xəbər verir. Ola bilsin ki, sizə borclu olanlarla rastlaşasınız. Saat 19-21 arası xoş bir təsadüflə rastlaşma ehtimalınız da var.

Oğlaq - Nəhayət ki, qarşınızda duran bu tarixi ürəyiniz istəyən tərzdə keçirə biləcəksiniz. Ətrafınızda baş verən bütün olaylar ruh yüksəkliyinizə səbəb olacaq. Qazanmaq ehtimalınız da var.

Dolça - Müəyyən gərginlik müşahidə olunsa da, özünüzü ələ almaqla gözlənilən neqativliyi dəf edə bilərsiniz. Yaxşı olar ki, bu təqvimdə işlə bağlı heç bir danışıq və sövdələşmədə iştirak etməyəsiniz.

Balıqlar - Darıxdırıcı məqamlarınız artıq arxada qalmaqdadır. Ruh düşkünlüyünə son qoyun. Çünki ulduzlar bu gündən başlayaraq taleyinizə müsbət məqamlar paylayacaq. Axşam maraqlı görüşləriniz mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.