02.09.2017 Gündəlik Bürclər (2 Sentyabr 2017 Günlük Bürclər)

01 Eylül 2017
5 271
0
02.09.2017 Gündəlik Bürclər (2 Sentyabr 2017 Günlük Bürclər)
Qoç - Hər mənada düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.

Buğa - Sağlamlığınızla bağlı bir neçə problemlə rastlaşma ehtimalınız var. Atmosferin bu çirkli çağında səhhətinizi xüsusilə toz-torpaqdan qorumalısınız. Digər işlərinizi təxirə də sala bilərsiniz.

Əkizlər - Bu təqvimdən başlayaraq ürəkaçan dövranınız start götürəcək. Daha heç bir gərginliklə qarşılaşmayacaqsınız. Ulduzlar nahardan sonra büdcənizdə artım olacağını da bildirir.

Xərçəng - Sevinc dolu hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, büdcənizdə ciddi artım da olsun. Amma yersiz qərarlar çıxarmaq fikrindən uzaq olun. Həmkarlarınızla dil tapmağa çalışın.

Şir - Saat 16-ya qədər əsəblərinizi qoruya bilsəniz, sonrakı müddəti rahat şəraitdə başa vuracaqsınız. Ümumiyyətlə, yaxşı olar ki, bu gün qeyri-ənənəvi, riskli işlərdən uzaq olasınız.

Qız - Həmkarlarınızla, qonşu və qohumlarınızla aranızda soyuqluq gözlənilir. Bu kimi xoşagəlməzlikləri dəf etmək üçün təmkin nümayiş etdirməlisiniz. Nahardan sonra müqəddəs yerlərə baş çəkin.

Tərəzi - İşgüzar əlaqələri dərinləşdirmək üçün birə-beş qat əzmkarlıq göstərməlisiniz. Qarşılıqlı anlaşma sizin üçün vacib şərtdir. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti qoruyun.

Əqrəb - Maddi problemləriniz qabardığından bütün sahələrdə daxili süstlük sizi tərk etmir. Lakin usanmağa dəyməz. Ən azı ona görə ki, saat 14-dən sonra bu yönümdə uğurlu məqamlar yaşayacaqsınız.

Oxatan - Xoş ovqat qazanmaq üçün bu təqvimdən maksimum istifadə etməlisiniz. Bu istiqamətdə Göy qübbəsi də sizə yardımçı olacaq. Sevindirici xəbərlər, maraqlı məclislər yolunuzu gözləyir.

Oğlaq - Yeri gəldi-gəlmədi, özünüzü tərif etməkdən vaz keçin. Bu, nüfuzunuza ciddi xələl gətirə bilər. Çalışın ki, ünsiyyətdə olduqlarınıza mərhəmət göstərəsiniz. Səhhətinizə fikir verin.

Dolça - Öz bürcünüzün enerjili vaxtı olduğundan bu gözəl ayın ən düşərli bir gününü yaşayacaqsınız. Ələlxüsus da saat 12-17 arası maraqlı sövdələşmələrin iştirakçısına çevrilə bilərsiniz.

Balıqlar - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoşagəlməzliklər baş qaldıra bilər. Sonrakı müddətdə isə nəzərdə tutduğunuz planları reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.