09.09.2017 Gündəlik Bürclər (9 Sentyabr 2017 Günlük Bürclər)
Buğa - Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Uzaq yola çıxsanız, ehtiyatlı olun.
Əkizlər - Maliyyə vəziyyətiniz imkan versə, özünüzə təzə geyim alın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.
Xərçəng - Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.
Şir - Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.
Qız - Sağlıq durumunuzda və fəaliyyət istiqamətində problemləriniz gözlənilsə də, qalan işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.
Tərəzi - Ümumi məziyyətlərinə görə qənaətbəxş təqvimdir. Xüsusən də saat 14-16 aralığında hansısa xoş bir hadisəylə rastlaşacaqsınız. Ailə üzvlərinizlə, həmkarlarınızla mehriban davranın.
Əqrəb - Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Odur ki, müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.
Oxatan - Ulduzlar bu təqvimi daha çox istirahətə ayırmağı tövsiyə edir. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, ikili gəzintilərə aludə olmağa dəyər.
Oğlaq - Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.
Dolça - Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etmək, kimsəsizləri sevindirmək böyük savab qazandıra bilər. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.
Balıqlar - Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.