10.09.2017 Gündəlik Bürclər (10 Sentyabr 2017 Günlük Bürclər)

09 Eylül 2017
4 674
0
10.09.2017 Gündəlik Bürclər (10 Sentyabr 2017 Günlük Bürclər)
Qoç - Yaxşı olar ki, günün əsas vaxtını Tanrı ilə tək qalmağa həsr edəsiniz. Keçdiyiniz həyat yoluna, səhv və yanlışlıqlara nəzər salıb çatışmazlıqları aradan qaldırın.

Buğa - Çox uğurlu gündür. Fəaliyyətlə bağlı qarşınıza qoyduğunuz vəzifələrin əksəriyyətini reallaşdıra biləcəksiniz. Ulduzlar gün ərzində əsəblərinizi qorumağı da tövsiyə edir.

Əkizlər - Ümumən gərgin gündür. Unutmayın ki, ətrafınızda olanların əksəriyyəti xəbis və yalançı adamlardır. Belə mühitdə isə ədalət arzusuna düşmək asan deyil. Axşam gəzintiyə çıxın.

Xərçəng - Biznes sövdələşmələri üçün çox uğurlu vaxtdır. Bu barədə zaman xeyrinizə işləyəcək. Amma saat 18-dən sonra başlıca vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır.

Şir - Yalnız iş yerində müsbət ovqat qazana bilərsiniz. Ailə və digər sahələrdə isə hər şey zövqünüzə zidd ola bilər. Riskli hərəkətlərə yol verməyin. Vaxt tapıb ziyarətgaha gedin.

Qız - İşgüzar fəaliyyətə başlamaq üçün gözəl ərəfədir. Ələlxüsus da ikitərəfli əməkdaşlıq böyük səmərə verə bilər. Odur ki, əzmkarlığınızı artırmalı, öz gücünüzə inanmalısınız.

Tərəzi - Kifayət qədər düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət zəminində uğurlarınız çox olacaq. Yeganə bürcsünüz ki, ulduzlar sizə böyük qazanc vəd edir.

Əqrəb - Astroloji göstəricilərə görə, günün birinci yarısını müəyyən qədər yorğun tərzdə başa vuracaqsınız. Saat 14-dən sonra isə maraqlı hadisələrin iştirakçısı olacaqsınız.

Oxatan - Göy qübbəsi səhhətinizdə mənfi çalarların olduğunu göstərir. Hər şeydən əvvəl canınızın qeydinə qalın. Nahardan sonra maraqlı sövdələşmələr və bir qədər də qazanc gözlənilir.

Oğlaq - Karyeranızda əsaslı dönüş etmək üçün bu təqvimin əhəmiyyəti böyükdür. Ona görə də, bütün mümkün potensialınızdan maksimum yararlanmağa çalışın. Öz daxili gücünüzə inanın.

Dolça - Qarşılıqlı münasibətlərdə vəziyyət o qədər də ürəkaçan deyil. Amma etiraf edin ki, bunun səbəbkarı daha çox özünüzsünüz. Çalışın hər bir situasiyaya reallığın gözü ilə baxasınız.

Balıqlar - Günün ümumi mənzərəsi gərgin fonla müşayiət olunduğundan özünüzü ələ almağı bacarmalısınız. Özünüzü hamıdan üstün tutmaqla yalnız adınızı hörmətdən sala bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.