11.09.2017 Gündəlik Bürclər (11 Sentyabr 2017 Günlük Bürclər)

10 Eylül 2017
4 748
0
11.09.2017 Gündəlik Bürclər (11 Sentyabr 2017 Günlük Bürclər)
Qoç - Nəhayət ki, neçə aydan bəri ora-bura vurnuxmağınız öz nəticəsini verməyə başlayır. Odur ki, hər cür dedi-qodudan, cəfəng söhbətlərdən uzaqlaşıb perspektivli işlərlə məşğul olun.

Buğa - Ötən günlərdəki tövsiyəmizi bu günə də şamil edirik: ətrafınızda olanlarla qərəzsiz davranın. Əks halda tənhalığa mübtəla ola bilərsiniz. Axşam bir neçə yenilik gözlənilir.

Əkizlər - Qarşınızda duran bu təqvimi daha çox neytral şəkildə başa vurmağa çalışın. Riskə ehtiyac yoxdur. Yaxşı olar ki, maddi sıxıntılarınızı aradan qaldırmağın yollarını tapasınız.

Xərçəng - "Dünya həyatı bir körpüdür, bu körpünü təmir etməyə vaxt itirməyin, sadəcə tez ötüb keçin!". Peyğəmbərimizin (s) bu sözlərinə əməl edin. Dünyanı düzəltmək sizlik deyil.

Şir - Ümumi mənzərə neqativ deyil. Bu isə nəzərdə tutduğunuz işləri normal şəkildə başa çatdıracağınızdan xəbər verir. Tənbəllik etməyin, yeni işgüzar əlaqələrə həvəs göstərin.

Qız – Mənfi yüklü Ayın bürcünüzə daxil olması səhhətinizə mənfi təsir göstərə bilər. Lakin bu fəsadın fəaliyyət prinsipinə və ya iş planınıza hər hansı maneəsi olmayacaq.

Tərəzi - Ulduzlar bir neçə gərgin situasiya ilə rastlaşacağınızı bildirir. Bu sətirləri ona görə yazırıq ki, qarşısını alasınız. Çətin də olsa, təmkin göstərin, oturaq işlərə aludə olun.

Əqrəb - Neçə vaxtdan bəri donub qalan planları həyata keçirmək üçün bu təqvimdən maksimum yararlanın. Bu istiqamətdə ümid etdiyiniz və gücü çatan adamlara da müraciət edə bilərsiniz.

Oxatan – Atalarımızın dediyi "işim daşdan çıxır" ifadəsi bu təqvimdə sizin bürcə daha çox uyğun olacaq. Odur ki, daşdan iş çıxarmaqdansa, istirahətə üstünlük verin. Mübahisələrdən isə qaçın.

Oğlaq - Astroloji göstəricilər bu təqvimi daha çox münasibətlərin tənzimlənməsinə yönəltməyi tövsiyə edir. Hətta buna görə fəaliyyətə də ara vermək olar. Axşam qonaq getməyə dəyər.

Dolça - Analitik zəkanızı işə salın. Nə qədər enerjiniz var, hamısını fəaliyyətə yönəldin. Sədaqətli və təcrübəli insanları özünüzdən uzaqlaşdırmayın. Bu gün uzaq yola çıxmayın.

Balıqlar - İlin-günün bu vaxtında romantik duyğulara qapılmaq sizə yalnız zərər verə bilər. Şairanə düşünməkdənsə reallığa uyğun addım atın ki, uğurlarınız yaxınlaşsın. Səhhətinizi də qoruyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.