12.09.2017 Gündəlik Bürclər (12 Sentyabr 2017 Günlük Bürclər)

11 Eylül 2017
4 333
0
12.09.2017 Gündəlik Bürclər (12 Sentyabr 2017 Günlük Bürclər)
Qoç - Əsas diqqəti fəaliyyətə yönəltsəniz, günün ümumi mənzərəsindən razı qalacaqsınız. Danışıqları ciddi və məsuliyyətini dərk edən adamlarla aparın. Tamahkarlığa meyl etməyin!

Buğa - Təxminən saat 14-ə qədər ümumi əhvalınız aşağı səviyyədə ola bilər. Buna görə məyus olmağa dəyməz. Çünki sonrakı müddətdə ciddi problemləriniz olmayacaq. Qazanmaq ehtimalınız da var.

Əkizlər - Pulla bağlı bütün planlarınızı təxirə salın. Çünki astroloji göstəricilər bu təqvimdə maliyyə uğursuzluqlarından xəbər verir. Həmkarlarınızla əsəbi davranışa meyl etməyin.

Xərçəng - Ətrafınızda baş verən hadisələr o qədər də ürəyinizcə deyil. Bu, daxilən sizi sıxsa da, çıxış yolu tapa bilmirsiniz. Odur ki, ulduzlar gəzintiyə və ya səfərə çıxmağınızı tövsiyə edir.

Şir – Ulduzların düzümü şəxsi büdcənizdə bir qədər artım olacağından xəbər verir. Odur ki, əsas enerjinizi məhz deyilən istiqamətdə nizamlamalısınız. Gözlənilməz təkliflərə əməl etməyin.

Qız - Fəaliyyət göstərdiyiniz idarə və ya müəssisələrdə xırda narazıçılıqla üzləşsəniz də bu, ötəri xarakter daşıyacaq. Əslində Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş olacağını bildirir.

Tərəzi - Dünəndən mənfi yüklü Ay bürcünüzə daxil olsa da, ətrafınızda olan insanlarla birlikdə özünüzü gümrah hiss edəcəksiniz. Sevgi münasibətlərindəki kobudluğu aradan qaldırın. Müqəddəs yerlərə gedin.

Əqrəb - Ürəyiniz istəsə, bu təqvimi maraqlı və füsunkar tərzdə başa vura biləcəksiniz. Büdcənizdə artım olduğu təqdirdə axşam səfərə çıxmağa dəyər. Axı sizin üçün darıxanlar çoxdur!

Oxatan - Şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə qulaq asmayın. Bütün qərarları yalnız özünüz verin. Saat 16-dan sonra maraqlı qonaqlıqlar yolunuzu gözləyir. Bundan imtina etməyin.

Oğlaq – Mühüm işlərinizin həllini həftəsonuna saxlayın. Onsuz da bu gün belə planlarınızın reallaşma ehtimalı azdır. Ulduzlar süstlüyünüzü nəzərə alıb istirahət etməyinizi məsləhət görür.

Dolça - Ciddi fiziki işlərə və işgüzar sövdələşmələrə həvəs göstərməyin. Əks təqdirdə gərginliklə üzləşəcəksiniz. Yaxşı olar ki, nahardan sonranı bütünlüklə gəzinti və qonaqlıqlara həsr edəsiniz.

Balıqlar - Qarşınızda böyük perspektivlər durur. Lakin situasiyaları real qiymətləndirməməyiniz ucbatından aktivlik göstərə bilmirsiniz. Hər xırda məsələyə görə əsəbləşməyiniz əbəsdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.