20.09.2017 Gündəlik Bürclər (20 Sentyabr 2017 Günlük Bürclər)

19 Eylül 2017
3 801
0
20.09.2017 Gündəlik Bürclər (20 Sentyabr 2017 Günlük Bürclər)
Qoç - Fəaliyyət göstərdiyiniz sahələrdə həmkarlarınızla mübahisələriniz mümkündür. Bunu nəzərə alıb çılğınlıq göstərməyin. Rahatlanmaq istəyirsinizsə, axşam mütləq qonaq gedin.

Buğa - Atdığınız hər bir addıma məxfilik donu geyindirin. Çünki bu təqvimdə bütün cəhdləriniz müəmmalı tərzdə təqdir edilməlidir. Yüksək dairələrdən sizə kömək etmək istəyənlər var.

Əkizlər - Astroloji göstəricilər bu təqvimdən xeyli razı qalacağınızı bəyan edir. Bir tərəfdən maddi durumunuzun yüksəlişi, digər tərəfdənsə maraqlı adamlarla görüşləriniz sizi sevindirəcək.

Xərçəng - Mənəvi rahatlığa qovuşmaq üçün gözəl imkanlarınız var. Ətrafınızda cərəyan edən hər bir hadisə sizə xüsusi zövq verəcək. Günün ikinci yarısında sağlıq durumunuzu, xüsusilə ürəyinizi qoruyun.

Şir - İş prinsipində bəzi xoşagəlməzliklər labüddür. Rəhbərlərinizlə mübahisə aparmayın. Öhdənizə düşən vəzifələrin həllini sürətləndirin. Axşam evə hava qaralmamışdan əvvəl gedin.

Qız - Daxili orqanlarınıza diqqəti artırın. Göy qübbəsi qarşınıza çıxan şanslardan faydalanmağı vacib sayır. Bu təqvimdə tanımadığınız ünvanlara getməyin. Uzaq səfərlər də məsləhət deyil.

Tərəzi - Ciddi işlərin həllini təxirə salın. Xüsusən də pulla bağlı sövdələşmələrdən imtina etməyiniz məsləhətdir. Əks təqdirdə cəhdləriniz uğursuz olacaq. İstirahətinizə fikir verin.

Əqrəb - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Maraqlı hadisələr, işgüzar sövdələşmələr, eləcə də qənaətbəxş təkliflər ürəyinizcə olacaq. Bir şərtlə ki, xırdaçılığa yol verməyəsiniz.

Oxatan - Öz gücünüzə inanın. Kənar rəylərə yalnız qulaq asın. Əməli işlərdə isə öz düşüncələrinizi əsas tutun. Bu gün maraqlı və vacib şəxslərlə görüşəcəyiniz də istisna olunmur.

Oğlaq - Olduqca riskli gündür. Planlarınızı əvvəlcədən təyin edin. Müştərək fəaliyyətdə ədalət prinsiplərinə riayət edin. İnadkarlıq etməkdənsə qarşı tərəfin obyektiv rəyini nəzərə alın.

Dolça - Ulduzlar xəbər verir ki, indiki məqamda sizə diqqət və qayğı lazımdır. Bunu hamı bilməsə də, bilənlər az deyil və inşallah, saat 14-dən sonra tələbat duyduğunuz qayğıkeşliyi görəcəksiniz.

Balıqlar - Bürcünüzün "hakimiyyətə" yaxınlaşdığı bu ərəfədə vəziyyətiniz qənaətbəxş olacaq. Yeni təkliflər almaqla, perspektivlərinizdə əməli dəyişikliklər edə bilərsiniz. Səfərə çıxmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.