25.09.2017 Gündəlik Bürclər (25 Sentyabr 2017 Günlük Bürclər)

24 Eylül 2017
4 027
0
25.09.2017 Gündəlik Bürclər (25 Sentyabr 2017 Günlük Bürclər)
Qoç - Bir qədər mübahisəli gündür. Çalışın ki, özünənəzarət prinsiplərinə riayət edib təmkininizi qoruyasınız. Səhər saatlarından bürcünüzə daxil olan Ayın neqativ təsirini də unutmamalısınız.

Buğa - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl! Müqəddəs Avestadakı bu üç prinsipə sadiq qalın. Gələcəyinizin açarı da məhz bundadır. Nədənsə sizdə Xeyirxah Fikir lazımınca alınmır.

Əkizlər - Kifayət qədər mistik gündür. Qara qüvvələr ruhunuza müdaxilə edə bilər. Odur ki, bəri başdan tədbirli olun. Nahardan sonra müqəddəs ziyarətgahalara baş çəkməklə rahatlanacaqsınız

Xərçəng - Sevindirici hadisələr yolunuzu gözləyir. Qayğınıza qalanlar xeyli artacaq. Əmin olun ki, bəd günləriniz arxada qalmaqdadır. Ağzıdualı olun ki, İlahinin diqqətini çəkəsiniz.

Şir - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu, daha çox işgüzar əlaqələr zəminində baş verəcək. Saat 16-dan sonrakı ərəfəni isə bütünlüklə sevgiyə həsr edin. Qaba rəftardan uzaq olun.

Qız - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz bir çox məqsədlərə nail ola biləcəksiniz. Ələlxüsus da məhəbbət məsələlərində hər şey ürəyinizcə olacaq. Heç kimə yalan vəd verməyin.

Tərəzi - Təxminən saat 14-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki sonrakı ərəfə bu istiqamətdə uğursuz ola bilər. Sizə qarşı irad bildirənlərə qarşı dəliqanlı olmayın.

Əqrəb - Ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olsa da, fəaliyyət zəminində ciddi xoşagəlməzliklər mümkündür. Ümumiyyətlə, yaxşı olar ki, əsas vaxtınızı evdə keçirəsiniz.

Oxatan - Bir qədər gərgin gündür. Ətrafınızda sizə mane olmaq istəyənlər arta bilər. Bu səbəbdən də maksimum tədbirli olmalısınız. Hər kəsə inanmayın. Bir anlıq neytral mövqe seçin.

Oğlaq - Həyatınız üçün mühüm olan vəzifələri kimlərinsə mənafeyinə qurban verməyin. İndi yalnız özünüz üçün çalışmalısınız. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin.

Dolça - Əgər səhhətiniz normal deyilsə, bu gün mütləq həkimə müraciət edin. Yoxsa, yatağa düşə bilərsiniz. Gümrah olduğunuz təqdirdə isə ikitərəfli əməkdaşlığa başlaya bilərsiniz.

Balıqlar - Bütün vaxtınızı işə həsr edin. Çünki münasibətlər zəminində elə bir uğurunuz olmayacaq. Olsa-olsa, axşama doğru ürəyinizə yaxın olan adamlara baş çəkə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.