29.09.2017 Gündəlik Bürclər (29 Sentyabr 2017 Günlük Bürclər)
Buğa - Ulduzlar bu gün xeyli yorulacağınızdan xəbər verir. Amma naharat olmamalı, gördüyünüz işlərdən zövq almalısınız. Nahardan sonra sizə maddi borcu olanlara müraciət edin.
Əkizlər - Təxminən saat 13-ə qədər iştirakçısı olduğunuz situasiyalar ovqatınıza mənfi təsir göstərə bilər. Buna baxmayaraq təmkin göstərməlisiniz ki, hər şey sakit ötüşsün. Varlanma ehtimalınız da var.
Xərçəng - Bu gün bütün ixtiyar öz əlinizdə olduğundan ölçülü-biçili hərəkət etməlisiniz. Əgər müsbət müstəviyə həvəs göstərsəniz, günün sonuna qədər ovqatınız yüksək olacaq. Çılğın olmayın.
Şir - Yaxşı olar ki, Tanrı qanunlarını pozmayasınız. Əks təqdirdə bu günü gərgin şəkildə başa vuracaqsınız. Ulduzlar ikitərəfli əməkdaşlıqda böyük uğurlardan xəbər verir.
Qız - Aldanma ehtimalınız böyüdüyündən tədbirli olmağınız vacibdir. Ola bilsin ki, ətrafınızdakılar pulla bağlı sizə kələk gəlsinlər. Axşamı ailə-sevgi münasibətlərinə həsr edin.
Tərəzi - Şəxsi işlərinizdə müsbət dönüşün yaranacağına təminat verən ulduzlar vaxtınızı boş yerə itirməməyi tövsiyə edir. Nahardan sonrakı əsas diqqətinizi bütünlüklə sevgiyə həsr edin.
Əqrəb - Yeni təkliflər ala bilərsiniz. Lap səhər saatlarından bu şansa hazır olun ki, nəticədə qalib gələsiniz. Pula görə də narahat olmayın. Çünki sevincli vaxtınızın yetişməsinə az qalıb.
Oxatan - Məhsuldarlığınız artdığından bugünkü öhdəlikləri layiqincə yerinə yetirə bilərsiniz. Qərarlarınızda sərt, eyni zamanda qərəzsiz olun. Səfərə çıxmaq fikrinizi reallaşdırın.
Oğlaq - Əsas uğurunuz maliyyə sahəsində mümkündür. Odur ki, kisənizi hazır tutun. Həmkarlarınızla münasibətlərinizə xələl gəlməsin deyə, qalmaqallı situasiyalara həvəs göstərməyin.
Dolça - Aktiv gün olmadığından nəzərdə tutduğunuz planları təxirə salın. Gücünüzü daha çox ailə-məişət problemlərinin həllinə yönəldin. Şəxsi büdcənizin artma ehtimalı da böyükdür.
Balıqlar - Üzərinizə düşən öhdəliklərə məsuliyyətlə yanaşsanız, bütün planlarınız reallığa yaxınlaşacaq. Buna baxmayaraq, yersiz risklərə də yol verməməlisiniz. Ziyarətgahlara gedin.