03.10.2017 Gündəlik Bürclər (3 Oktyabr 2017 Günlük Bürclər)

02 Ekim 2017
4 912
0
03.10.2017 Gündəlik Bürclər (3 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Yeni görüş və danışıqlar üçün uğurlu təqvimdir. Özünüzü təmkinli və dözümlü aparın ki, sövdələşmələrin nəticəsi xeyrinizə olsun. Özünüzü yerli-yersiz tərifləməkdənsə, susun.

Buğa - Bu gözəl təqvimi uğurlu keçirəcəksiniz. Səhər saat 11-dən etibarən bir neçə sevindirici prosesin iştirakçısına çevriləcəksiniz. Yeni işgüzar təkliflər alsanız, imtina etməyin.

Əkizlər - Maliyyə problemlərinə görə özünüzü üzməyin. Çünki ulduzların düzümü bu gün deyilən istiqamətdə sevinəcəyinizi bildirir. Həmkarlarınızla münasibətləri mümkün qədər qaydasına salın.

Xərçəng - Bürclərin əksəriyyətində olduğu kimi bu gün sizin də səhhətinizdə narahatlıq gözlənilir. Qan təzyiqi ilə bağlı problemləriniz mümkündür. Çalışın ki, pəhriz saxlayasınız.

Şir - Səhhətinizlə bağlı bəzi xoşagəlməzlikləri nəzərə almasaq, günün əsas hissəsini rahat şəraitdə başa vuracaqsınız. Axşama yaxınsa gələcəyiniz üçün önəmli olan xəbər eşidəcəksiniz.

Qız - İşgüzar sövdələşmələrdə iştirak etmək üçün olduqca səmərəli gündür. Müzakirələr apardığınız həmsöhbətləriniz sizə xeyirli olan fikirlər söyləyəcək. Qərarlarınızda qətiyyətli olun.

Tərəzi - Ailə üzvlərinizlə mübahisələriniz gözlənilir. Belə neqativ hallardan yayınmaq üçün davranışlarınızda nəzakətli olun. Nahardan sonra şəxsi büdcənizdə irəliləyişlər mümkündür.

Əqrəb - Sağlamlıqla bağlı müəyyən problemləriniz baş qaldırdığından özünüzü qoruyun. Orqanizminizi gümrahlaşdırmaq üçün mümkün tədbirləri həyata keçirin. Saat 14-dən sonra uzaq yola çıxmaq olar.

Oxatan - Sağlamlığınızla bağlı çətinliyinizi dəf edə bilsəniz, qarşıya qoyduğunuz planları reallaşdıra biləcəksiniz. Hətta nahardan sonra varlanma ehtimalınız da var. Uzaq yola çıxmayın.

Oğlaq - Vaxtınızın əsas hissəsini sevgi amilinə həsr edin. İkili görüşlər, əyləncəli gəzintilər sizə fərəh gətirəcək. Saat 15-18 arası maliyyə problemlərinizin həlli üçün uğurlu vaxtdır.

Dolça - Ümumi vəziyyətiniz gərgin olduğundan bütün vacib işləri təxirə salın. Yaxşı olar ki, uzunmüddətli planlarınızı bir daha konkretləşdirəsiniz. Təzə xəbərlər də mümkündür.

Balıqlar - Saat 16-ya qədər ümumi ovqatınızda gərginlik müşahidə olunduğundan əsas gücünüzü istirahətə yönəltməlisiniz. Bu gün sizə soyuq və duzlu qidalar qəbul etmək məsləhət deyil.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.