09.10.2017 Gündəlik Bürclər (9 Oktyabr 2017 Günlük Bürclər)

08 Ekim 2017
4 353
0
09.10.2017 Gündəlik Bürclər (9 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Ətrafınızı dəyişməkdənsə, özünüzü dəyişməyiniz daha asan olar. Gün ərzində özünüzü gümrah aparın, hər kəslə dil tapmağa çalışın. Əmin olun ki, bunu bacarsanız, axşama fərqli bir insan olacaqsınız.

Buğa – Ümumi mənzərəyə görə yaxşı gün demək olar. Əqidə və ideyalarınızdakı doğruluğu, saflığı qorusanız, belə də olacaq. Sevgidə təşəbbüskar və mərhəmətli olun. Keçmişinizdən hər zaman dərs götürün ki, uduzmayasınız.

Əkizlər – Daha çox istirahət edin. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq-ürəklə "dost!" deyib çağırdığınız adamlar kifayət qədər deyil.

Xərçəng – Təəssüf ki, ixtiyarınızda olan bu tarixdə hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da günün birinci yarısında. Amma naşükürlük etməyin, yeni həftəyə böyük ümidlər bəsləyən.

Şir – Gözlədiyiniz xoş məqamların vaxtı yetişməkdədir. Bu səbəbdən evdə oturmaqdan vaz keçin. Sizə daha çox ünsiyyət lazımdır, hətta yaxın ünvanlara səfər də olar. Hamı bu gün sizi anlayacaq.

Qız – Uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən çəkinin. Bu iki amildən başqa bütün sahələrdə müvəffəqiyyət sizinlə olacaq. Gecəni öz evinizdə keçirin. Sevgisiz qalmayın.

Tərəzi – Qurulan yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalmalısınız. Bu gün səfərə çıxmayın.

Əqrəb – Günün ilk yarısında səhhətinizlə bağlı problemlərin həlli ilə məşğul olun. Sonrakı müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İmkan varsa, ailə üzvlərinizə sürprizlər edin.

Oxatan – Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Yaxın on gündə görəcəyiniz sənəd işlərini dəqiqləşdirin. Saat 16-dan sonra sizə ehtiyac duyanlara baş çəkin.

Oğlaq – Bu gün gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Belə görüşlərdə və qonşuluq münasibətlərində gərginliyə yol verməyin. Özünüzü soyuqdəymədən qoruyun.

Dolça – Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız.

Balıqlar – Saat 15-17 arası sizin üçün təhlükəli vaxtdır. Bu səbəbdən də həmin vaxt daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Günün qalan hissəsində isə iş və maliyyə məsələlərində uğurlar olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.