12.10.2017 Gündəlik Bürclər (12 Oktyabr 2017 Günlük Bürclər),bürclər ,gundelik,ulduz ,fali,burcler günlük , oktyabr,12 oktyabr ,oktyabr

12.10.2017 Gündəlik Bürclər (12 Oktyabr 2017 Günlük Bürclər)

11 October 2017
2 981
0
12.10.2017 Gündəlik Bürclər (12 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - bütün səylərinizə rəğmən problemlərdən qurtula bilməyəcəksiniz. Durum yetərincə mürəkkəbdir. Maneəni qeyri-standart yolla dəf edin. Trivial olmayan qərarlar qəbul edin. Zərurət yaranarsa, kömək istəməkdən çəkinməyin. İndiyədək dostyana inkişaf edən münasibətlərdən biri romantikləşə bilər. Emosiyalara qapılmayın. Axşam saatlarına yaxın xroniki ağrıların kəskinləşməsi istisna deyil. Qidanıza, yeməyinizə fikir verin. Gəzintiyə çıxın. İdman edə bilərsiniz.

Buğa - vəziyyət pis deyil. Yaranan problemlər kiçik, əhəmiyyətsizdir. Günün ilk yarısında yaxşı xəbərlər alacaqsınız. Qəfil qonaqların gəlişi sizi sevindirəcək. Romantik təmaslar və dostlarla görüşləri axşam saatlarına saxlayın. Günün ikinci yarısında alış-verişdə çox pul xərcləməyin. Yalnız çoxdan əldə etmək istədiyiniz əşyanı alın. İşlə bağlı spontan qərarlar istisna deyil.

Əkizlər - günün ilk yarısında yaşananları neqativ dəyərləndirməyə tələsməyin. Situasiya ilk əvvəl çox ağır və problematik olsa da, saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Müsbət təmayüllərin təsiri artacaq. Günün ikinci yarısında işlərdə yaranan çətinlikləri aradan qaldırmağa başlayanda düşünülməmiş addımlar atmayın. Daha maraqlı, əlverişli işlər aramağa çalışmayın. Axşam saatlarında yaxşı biznes-ideya yarana bilər. İşgüzar intuisiya və sağlam avantürizm zamanıdır. İdeyalarınızdan birini reallaşdırsanız, gəlir əldə edəcəksiniz.

Xərçəng - bütün işləri başa vurmağa çalışmayın. Kiçik, o qədər də mürəkkəb olmayan işlər görmək, xırda problemləri həll etmək üçün münasib zamandır. Ailə işləri ilə diqqətlə məşğul olun. Belə olarsa, yaxın gələcəkdə üzləşə biləcəyiniz münaqişələrin qarşısını alacaqsınız. Günün ikinci yarısı alış-veriş üçün münasib deyil. Mebel və məişət texnikası almaq fikrini reallaşdırmayın. Yola çıxırsınızsa, ehtiyatlı olun. Yolda xoşagəlməz hadisələr, pul və ya sənədlərin itməsi, yol yoldaşları ilə münaqişə istisna deyil. Zərərli vərdişlərinizdən heç olmasa birini unutmağa can atın. Səhhətinizin qeydinə qalın.

Şir - qüvvələrinizi və potensialınızı dürüst qiymətləndirin. Yaranmış situasiya sizi çətin gündə pərişanlıqdan qurtara bilər. Birmənalı olmayan vəziyyətdə təcrübəli insanların məsləhətlərinə qulaq asın. İntuisiyanıza o qədər də güvənməyin. Adi günlərdən fərqli olaraq daha çox və ağır səhvlərə yol verə bilərsiniz. Günün ikinci yarısında kommersiya fəaliyyətilə məşğul olmaq, alış-veriş etmək məsləhət etməyin. Səthi dəyərləndirmələrə yol verməyin. Əks cins mənsubları ilə təmaslarda diqqətli olun. İlkin təəssüratlara inanmayın. Axşam saatlarına yaxın yaranacaq problemləri tələsik həll etməyə çalışmayın. Məsələlər ciddi, uzunmüddətli təhlil tələb edir.

Qız - günün ilk yarısı xoş keçəcək. Çoxdan bəri yaranmış problemlərə görə narahat olmayın. Nə qədər çalışsanız da, indi onları həll edə bilməyəcəksiniz. İşlər ideal deyil. Amma situasiya o qədər də pis deyil. Mənasız narahatlıq keçirməyin. Günün ikinci yarısında nikbin olun, yaxşı məsələlər barədə düşünün. Sınanmış dostlarla ünsiyyət zamanıdır. Axşam saatlarına yaxın məhsuldar işləsəniz, yaxşı nəticələrə nail ola bilərsiniz. Kommersiya fəaliyyəti üçün pis zaman deyil. Peşəkar fəaliyyət baxımından normal zamandır. Rəhbərlik və həmkarlarla qeyri-formal vəziyyətdə müzakirələr apara bilərsiniz.

Tərəzi - günün ilk yarısı uğurludur. Müsbət təmayüllərin təsiri artır. Maraqlandığınız işlərlə tələsmədən məşğul ola bilərsiniz. Təxirə saldığınız işləri başa vurun. İşgüzar görüşlər və danışıqlar uğurlu olacaq. Dəyərli məlumatlar, önəmli informasiya alacaqsınız. Günün ikinci yarısında başqalarının ideyalarından yararlana bilərsiniz. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizin qeydinə qalın. İdmanla məşğul olmaq fikriniz varsa, artıq başlaya bilərsiniz.

Əqrəb - çətinliklərdən xali olmayan zamandır. Mənfi təmayüllərin təsiri artacaq. Kiçik anlaşılmazlıqlar, təsadüfi mübahisə münaqişəyə səbəb ola bilər. İxtilaf yaranarsa, onun fəsadları ağır olacaq, yaşamınıza pis təsir edəcək. Nikbin olun, səmimi davranın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə qayğıkeş olun. Çətinliyə düşmüş insana yardım edin. Günün ikinci yarısında sizi sərt tənqid edən insanla aqressiv davranmayın. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. Səyləriniz mükafatlandırılacaq. Ən sadə məsələlərin həlli xüsusi səylər tələb edəcək.

Oxatan - günün ilk yarısı əlverişlidir. Başladığınız işləri yarımçıq qoymayın. Maraqlı saydığınız yeni işlərə başlaya bilərsiniz. Müttəfiqlər və yardımçıların sayı az deyil. Onlar ideyalarınızı dəstəkləyəcəklər. Bəzi fikirləri reallaşdırmaq olar. Günün ikinci yarısında kiçik gəlirlər, xoş hədiyyələr istisna deyil. Yaxşı heç nə gözləmədiyiniz insan sürpriz edəcək. Axşam saatlarında normal istirahət edin.

Oğlaq - rutin işlərin görülməsini cansıxıcı prosesə çevirməyin. Cari məsələlərin həllini uzatmayın. Qərarlarınız və addımlarınız həddən ziyadə ekstravaqant olmasın. Xarici görüşünüzə fikir verin. Yaxın ətrafınızdakı insanlar sizə dəstək verəcəklər. Günün ikinci yarısında yaradıcılıq imkanlarınızı nümayiş etdirin. Olaylara münasibətiniz trivial olmasın. Axşam saatlarına yaxın izafi diqqət sizi yoracaq. Özünüzə qapılmayın. Soyuq və laqeyd davranışınız yaxınlarınızdan birinin xətrinə dəyə bilər. Ailə üzvlərinin əvvəlcədən hazırladıqları planları dəyişməyə can atmayın. Ev işlərindən uzaq durmayın.

Dolça - eksperimentlər üçün pis zaman deyil. Yarımçıq qoyduğunuz işi məntiqli şəkildə tamamlayın. Yaşanan hadisələrin məğzini anlamağa, proseslərin məzmununu dərk etməyə səy göstərin. Başladığınız işləri unutmayın. Rəğbət bəsləmədiyiniz insanlardan uzaq durun. Sizi sürəkli tənqid edən şəxslərlə münaqişəyə başlamayın. Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin. Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Lakin onlar düşündüyünüz qədər ağır deyil. Əhvalınızı korlamayın. Qıcıqlı olmayın, emosiyalarınıza nəzarət edin.

Balıqlar - məşəqqətli gündür. Problemlər az deyil. Çətinliklərin öhdəsindən uğurla gələ bilərsiniz. Amma sədlərin dəf edilməsi xeyli vaxt və qüvvə tələb edəcək. Nəfəs dərməyə, istirahət etməyə vaxt qalmayacaq. Yaxın ətrafınızdakı insanlar sizə çoxsaylı məsləhətlər verirlər. İşlərinizə müdaxilələrə imkan verməyin. Günün ikinci yarısında yeni işə və ya layihəyə başlamaq məsləhət deyil. Layihəyə start versəniz, yola çıxmaq, fiziki işlər görmək gərəkdir. Axşam saatlarını evdə keçirmək daha yaxşı variant ola bilərdi. Ən yaxın adamlarınızın yanında olun. Yaşam enerjinizi boş məqamlar sərf etməyin.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz