15.10.2017 Gündəlik Bürclər (15 Oktyabr 2017 Günlük Bürclər),bürclər ,gundelik,ulduz ,fali,burcler günlük , oktyabr,15 oktyabr ,oktyabr

15.10.2017 Gündəlik Bürclər (15 Oktyabr 2017 Günlük Bürclər)

14 October 2017
3 240
0
15.10.2017 Gündəlik Bürclər (15 Oktyabr 2017 Günlük Bürclər)
Qoç - Qarşınızda təzadlı bir zaman durub. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də yaxşı bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan, riskli pul sövdələşmələrindən vaz keçin.

Buğa – Astroloji göstəricilər günün ilk yarısını düşərli sayır. Bu baxımdan bütün planların icrasını həmin vaxta salın. Əgər təklif alsanız, razılıq verin. Amma saat 15-dən sonra özünüzü “müharibə şəraitində” zənn edin.

Əkizlər – Vaxtınızın çoxunu evdə, sevdiyiniz adamlarla birlikdə keçirin. Ailənizin təminatını ödəməyə çalışın. Axşama doğru büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək.

Xərçəng – Qarşılıqlı münasibətlərdə mənəm-mənəmlik edən insanlarla söz çürütməyin. Əks halda əsəbləriniz pozulacaq. Öz xeyirxah düşüncələrinizə aludə olun. Ümumiyyətlə, bu gün neqativ məkan və insanlardan uzaq olun.

Şir – Yuxusuzluq və iştahasızlıq sizi üzüb. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın.

Qız – Bütün göstəricilər fəallıqdan bir qədər uzaq düşəcəyinizi ortaya qoyur. Qarşıdakı gününüzü də məhz buna uyğun olaraq tənzimləyin. Keçmiş həyatınızda önəmli olan insanlarla əlaqə yaradın.

Tərəzi – Hər hansı problemdən qorxmağınıza lüzum yoxdur. Çünki sizin kimi romantik şəxslərə bu gün heç bir zərər dəyməyəcək, üstəlik, aktivləşdiyiniz indiki dövrdə şanslarınız da artacaq.

Əqrəb - Gərək "bir əldə iki qarpız" tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür.

Oxatan – Saat 12-15 aralığında bəzi qalmaqallı proseslərlə üzləşə bilərsiniz: cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və s. Qalan saatlar problemsizdir.

Oğlaq – Həlledici qərar çıxarmaq həmişə çətin olur, amma siz ağıllı olduğunuz üçün bunu bacaracaqsınız. Ürəyinizdə gəzdirdiyiniz böyük ideyalara doğru əzmlə addımlayın, cılız adamlara fikir verməyin.

Dolça – Daxilinizdə bir xeyriyyəçi obrazı yaratmağınıza ehtiyac duyulur. Özünüz ehtiyaclı kimi zənn etməkdənsə, ehtiyac duyanlara yardımçı olun. Hər şeyi pulla ölçməyin, dünyada əm dəyərli şeylər pulsuzdur axı.

Balıqlar – Uğurlu bir zaman kəsiyindən keçəcəksiniz. Bu yolda təkbaşına deyil, ürəyinizə yaxın adamlarla birlikdə addımlayın. Heç bir işi yarımçıq qoymayın, vədlərinizə xilaf çıxmayın. Kəsici alətlərdən qorunun.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz