03.11.2017 Gündəlik Bürclər (03 Noyabr 2017 Günlük Bürclər),bürclər ,gundelik,ulduz ,fali,burcler günlük , noyabr,3 noyabr ,2017

03.11.2017 Gündəlik Bürclər (03 Noyabr 2017 Günlük Bürclər)

02 November 2017
3 464
0
03.11.2017 Gündəlik Bürclər (03 Noyabr 2017 Günlük Bürclər)
Qoç - Səhhətinizin qayğısına qala bilsəniz, gün ərzində başqa narahatçılığınız olmayacaq. Nahardan sonra sevindirici xəbərlər və ya ürəyinizcə olan təkliflər alacağınıza şübhə etməyin.

Buğa - Neçə vaxtdan bəri daxilinizdə mövcud olan gərginlik səngimədiyindən naharaqədərki ovqatınız aşağı səviyyədə ola bilər. Sonrakı saatlarda isə sürprizlər gözlənilir.

Əkizlər - Bu təqvimi təsadüflərlə başa vuracaqsınız. Gözləmədiyiniz adamlarla, ağlınıza gətirmədiyiniz xəbərlərlə rastlaşacaqsınız. Axşama doğru sürprizlər də mümkündür. Pulla bağlı narahat olmayın.

Xərçəng - Sizin üçün müəyyən mənada mistik gündür. Daxili sıxıntılarınızı və ruhi zəifliyinizi aradan qaldırmaq üçün müqəddəs ziyarətgahlarımıza üz tutun. Dini qaydaları pozmayın.

Şir - Ulduzlar kənar təsirlərdən uzaq olmağı, yalnız öz qərarınızla addım atmağı tövsiyə edir. Bu gün spirtli içki içmək, qarğış və qeybət etmək, o cümlədən yalan vədlər vermək yolverilməzdir.

Qız - Maliyyə problemləriniz olsa da, bu, işgüzarlığınızı azaltmayacaq. Hətta ola bilsin ki, saat 15-18 arası maraqlı və perspektivli təkliflər də alasınız. Addımlarınızda məsuliyyətli olun.

Tərəzi - Astroloji göstəricilər yalnız səfər və qonaqlıqlar üçün səmərəli vaxt olduğunu bəyan edir. Digər məsələlərdə, xüsusən də fəaliyyət zəminində isə proseslər o qədər də uğurlu olmayacaq.

Əqrəb - Adətən ilin bu ərəfəsində şəxsi işlərinizdə yeni mərhələ baş qaldırır. Bu günə də məhz belə proqnozlar təyin olunub. Sadəcə müsahiblərinizə diqqətlə qulaq asmalısınız.

Oxatan - Daxili gərginliklə mübarizədən qalib çıxa bilsəniz, bu təqvimin ümumi çalarları sizi qane edəcək. Ola bilsin ki, yaxşı insanlar tərəfindən perspektivli təkliflər də alasınız.

Oğlaq - Kifayət qədər xoş məqamlar yaşayacaqsınız. Bir tərəfdən yeni işgüzar əlaqələr, digər tərəfdənsə ətrafınızdakıların sizə bəraət qazandırması ovqatınızı yüksəldəcək.

Dolça - O qədər də ürəkaçan ərəfə deyil. İlk növbədə səhhətinizə diqqət yetirin. Çünki ulduzlar sağlıq durumunuzun aşağı səviyyəyə düşəcəyini bəyan edir. Riskdən də uzaq olun.

Balıqlar - Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz