2018-ci ilde burcler ne ved edirler,astroloji proqnoz,ulduz fali,burcler ne ved edir,2018 astrologiya,burcler yeni ilde,2018 burcler illik

2018-də xoşbəxt olmaq üçün BÜRCLƏR bu ilin sonunadək nələrdən imtina etməlidir?

01 November 2017
5 192
0
2018-də xoşbəxt olmaq üçün BÜRCLƏR bu ilin sonunadək nələrdən imtina etməlidir?
Astroloqlar bürclər üçün onların həyatına mane olan və ilin sonunadək düzəltməli olduqları bəzi qüsurların siyahısını hazırlayıb. Münəccimlər hesab edir ki, 2018-ci ilin uğurlu keçməsi üçün zodiak işarələri zərərli vərdişlərindən imtina etməlidir.

Feat.Az
Rusiya mətbuatına istinadən sözügedən məqaləni təqdim edir.

Qoç (21 mart - 19 aprel)

Çox şöhrətpərəstiniz və həmişə çalışırsınız ki, gördüyümüz bütün işlər yaxşı alınsın. Sizin işlərinizin uğurlu alınmasının səbəbi də əzminizdir.
Amma bilməlisiniz ki, çalışdığınız hər bir işdə birnömrə ola bilməzsiniz. Qəbul edin ki, robot yox, insansınız və sizin də hər kəs kimi zəif cəhətləriniz ola bilər.

Buğa (20 aprel - 21 may)

Siz zaman-zaman düzgün qərarlar qəbul etmirsiniz. Bu da normaldır. Sadacə anlamalısınız ki, bütün sualların düzgün cavabı, problemlərin çıxış yolu sizdə olmaya bilər. Və qəbul etdiyiniz bəzi qərarlar hərdən əlverişsiz nəticələrə səbəb ola bilər. Unutmayın ki, həyatı səhv etdikcə dərk edirik, təcrübə isə zamanla qazanılır.

Əkizlər (22 may - 21 iyun)

Sizdə ciddi şəkildə itirmək qorxusu var və bu qorxunu ilin sonunadək həqiqətən dəf etmək lazımdır. Siz hər zaman hər yerdə olmaq istəyinizdən asılı olmayaraq, başa düşməlisiniz ki, hər işin dalınca eyni anda qaçmaq mümkün deyil. Bəzi şeylər var ki, onları və istifadə edə bilmədiyiniz imkanları əldən buraxmaq lazım gələcək. Bu faktla yaşamağı öyrənin və başınızı belə fikirlərlə yormayın.

Xərçəng (22 iyul - 22 iyul)

Siz bitmiş münasibətlərə həqiqətən də son verməlisiniz. Bəli, kiminsə yanında özünüzü yaxşı hiss etmək üçün sizə xeyli vaxt lazımdır. Həmçinin siz nadir hallarda kimisə həyatınıza buraxırsınız, amma bunu edəndə münasibətlərə bütün ürəyinizi qoyursunuz. Lakin heç də bütün münasibətlər ömürboyu davam etmir, siz qarşı tərəfə nə qədər bağlı olmağınızdan asılı olmayaraq onları bitirməyi öyrənməlisiniz.

Şir (23 iyul - 22 avqust)

Şirlər kimi siz həmişə gözləyirsiniz ki, bütün insanlara xoş təsir bağışlayasınız, amma başa düşməlisiniz ki, dollar deyilsiniz və hamının xoşuna gələ bilməzsiniz. Nə qədər arzulasanız da, hamının sizi sevməsi praktiki olaraq mümkün deyil.

Qız (23 avqust - 22 sentyabr)

Bütün Qız bürcləri kimi siz hər zaman kamilliyə can atırsınız. Detallara böyük diqqət yetirirsiniz, hər bir işinizə çox metodik yanaşırsınız. Amma etiraf etmək lazımdır ki, hamımızın zəif tərəfləri var. Və siz də bunu zamanla qəbul etməlisiniz.

Tərəzi (23 sentyabr 22 oktyabr)

Təklik qorxusuna qalib gəlməyi artıq öyrənməlisiniz. Anlamalısınız ki, xoşbəxt olmaq üçün ətrafınızda çoxlu sayda insanın olması lazım deyil. Tənha olmaq tamamilə normaldır və bu, o demək deyil ki, siz pis adamsınız.

Əqrəb (23 oktyabr - 22 noyabr)

Etməli olmadığımız halda insanlara güvənməyə son qoyun. Bu dünyada insanlar həmişə bir-birinə xəyanət edirlər və bunun əksini gözləyəcək qədər sadəlövh ola bilməzsiniz. Odur ki, ilin sonunadək bu xüsusiyyətinizi tərgitməyə dəyər.

Oxatan (23 noyabr - 21 dekabr)

Siz fırıldaqçı və macərapərəstsiniz, çünki bu, həyatınızı daha cəlbedici və əyləncəli edir. Yadda saxlayın ki, macəra axşatışları həmişə xoş sonluqla bitməyə bilər, ehtiyatlı olun.

Oğlaq (22 dekabr - 20 yanvar)

Bir qayda olaraq, təmkin və rasionallığınızı qorumaq sizin xoşunuza gəlir. Hesab edirsiniz ki, öz emosiyalarınıza maksimum zövq almağa imkan vermək vacibdir. Amma həqiqətin gözünün içinə baxın və görün ki, bəzən siz də yanıla bilərsiniz. Bu il emosiya partlayışlarından siz öz payınızı aldınız, odur ki, onları nəzərdən keçirməyə dəyər.

Dolça (21 yanvar - 18 fevral)

Yerinə yetirilməmiş vədləri unudun getsin. İnsanlar siz düşündüyünüz kimi səmimi və sadiq olmaya bilərlər. Və etimada hər kəs layiq deyil. Bunu qəbul edin və irəliyə doğru gedin.

Balıq (19 fevral - 20 mart)

Bu qədər həssas olmağa dəyməz, buna bir son verin. Bürcünüzdən dolayı hər şeyi çox şəxsi qəbul edirsiniz. Siz həddən artıq emosionalsınız və bəzən bu fikirlər sizi çıxılmaz vəziyyətdə qoyur. Hər dəfə kimdənsə tənqid eşidəndə bunu konstruktiv qəbul etməyi öyrənin. Bu tənqidlər nəticəsində istənilən neqativ hissləri kənara atmağı öyrənin.
publika.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz