07.11.2017 Gündəlik Bürclər (7 Noyabr 2017 Günlük Bürclər)

06 Kasım 2017
4 342
0
07.11.2017 Gündəlik Bürclər (7 Noyabr 2017 Günlük Bürclər)
Qoç - Saat 16-ya qədər bütün vacib işlərinizi yekunlaşdırmağa çalışın. Həmin ərəfədə şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Sonrakı müddəti isə daha çox istirahətə həsr edin.

Buğa – Qarışıq gün hesab etmək olar. Bəzi sahələrdə vəziyyət nəzarətinizdən çıxa bilər. Bu səbəbdən hər addımda diqqətli olmalısınız. Bu gün qidanıza da fikir verməlisiniz.

Əkizlər – Fiziki və təcrübi baxımdan passiv gün olsa da, düşüncə və planlarınızda irəliyə doğru addım ata bilərsiniz. Amma ideyalarınızı kəskin qoymaqdansa həmsöhbətlərinizə güzəştə getməlisiniz.

Xərçəng – Boş vaxt olduğu təqdirdə qohum-əqrabaya baş çəkmək sizə rahatlıq verə bilər. Cari qayğılarınızı bugünlük də olsa, unutmağa çalışın. Bu gün pul xərcləməyə dəyər. Axşam soyuqdan qorunun.

Şir – Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun.

Qız – Real hadisələrlə daxili yanaşmanızda ciddi zidiyyət var. Bu da təbii olaraq ətrafa münasibətinizdə və əsəblərinizdə xoşagəlməzlik yaradır. Bu gün məhz deyilən problemi həll etməlisiniz.

Tərəzi – Şəxsi büdcənizdə vəziyyət ürəkaçan olmasa da, nəzərdə tutduğunuz planların icrasında çətinlik çəkməyəcəksiniz. Günün ikinci yarısında mənasız amillərə vaxt itirməyin.

Əqrəb – İntuisiyanıza inanın. Həmişə məsləhətə ehtiyacınız olsa belə, bu gün daxili səsinizin hökmü ilə hərəkət etməlisiniz. Bununla yanaşı tərəf-müqabillərinizin rəyini də nəzərə alın.

Oxatan - Sağlamlığınıza diqqət yetirin ki, qarşıda duran öhdəliklərinizə daha asan yetişəsiniz. Ulduzların düzümü saat 14-16 aralığında və saat 19-dan sonra şanslı məqamlar yaşayacağınızdan xəbər verir.

Oğlaq – Hansısa işi planınıza uyğun həyata keçirmək imkanınız olmayacaq. Hər şey gözlənilmədən baş verəcək. Hətta qəfildən pul kisəniz ağırlaşa da bilər. Axşam saatlarında istirahət edin.

Dolça - Ulduzlar xəbər verir ki, bu təqvim şəxsi işlərinizdə yeni mərhələnin baş qaldırmasına səbəb ola bilər. Bunun üçün müsahiblərinizə diqqətlə qulaq asmalı, düz seçim etməlisiniz.

Balıqlar – Ümumən düşərli gün hesab etmək olar. Həm fəaliyyət zəminində, həm də insanlarla münasibətdə çox şeydən razı qalacaqsınız. Bu gün emosionallıqdan uzaq olmağa çalışın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.