13.11.2017 Gündəlik Bürclər (13 Noyabr 2017 Günlük Bürclər)
Buğa - Yaxın bir həftədə görəcəyiniz bütün işləri planlaşdırmaq, müzakirələr aparmaq üçün çox uğurlu vaxtdır. Bu istiqamətdə təcrübəli insanların məsləhətlərindən də yararlanmaq olar.
Əkizlər - Əsəblərinizi qoruyun ki, gün ərzində qarşınıza çıxan şanslardan lazımınca istifadə edə biləsiniz. Özünüzü ümidsizliyə sürükləməyin və daxili orqanlarınıza fikir verin.
Xərçəng - Qarşınızda böyük işlər durur və bu təqvimdə daha çox o barədə düşünməlisiniz. Sizə kömək edə biləcək hər kəsdən yaxşı mənada istifadə etməyə çalışın. Ailədə sabitliyi qoruyun.
Şir - Əsas probleminiz insanlarla münasibəti normal səviyyədə tənzimləyə bilməməyinizdir. Bir qədər obyektiv olun. Bunu bacarsanız, günün ikinci yarısında mütləq əvəzini görəcəksiniz.
Qız - Bu gözəl günün mahiyyətini sizin qədər qavrayan yoxdur. Amma qavramaq azdır, bütün ruhunuzla Allah rizası üçün hərəkətə keçməlisiniz. Humanistliyinizi daha da artırın.
Tərəzi - Fəaliyyət göstərdiyiniz müəssisələrə baş çəkməkdənsə, müqəddəs yerləri ziyarət edin. Xeyirxah insanlarla bir araya gəlin, küsülüləri barışdırın, zavallıları sevindirin.
Əqrəb - Xoş ovqat yaşamaq istəyirsinizsə, oturaq işlərə son qoyun. Yalnız bu halda ulduzların bəxşişini görə bilərsiniz. Bu gün ovqatınızı yüksəldən bir çox insanla qarşılaşacaqsınız.
Oxatan - Bürcünüz neqativ kosmik ahəngə kökləndiyindən özünüzdə təpər tapıb müqəddəs işlərinizdən yayınmamalısınız. Xeyirxah əməllərinizi əsirgəməyin. Şəxsi büdcənizə xəsislik etməyin.
Oğlaq - İstirahət etməyə vaxtınız yetməsə belə, gün ərzində savab işlərinizin sayını artırmağa çalışın. Qeybətdən, dedi-qodudan uzaq olun. Xüsusən də böyüklərə mərhəmət göstərin.
Dolça - Daxili narahatçılığınızın səbəbi qəlbinizə yaxın insanlarla lazımi münasibət qura bilməməyinizdir. Bu gün həmin qüsurları aradan qaldırın. Uzaq yola çıxmaqdan çəkinin.
Balıqlar – Əgər ailə-sevgi münasibətlərində vəziyyət normaldırsa, digər məsələlərdə heç bir probleminiz olmayacaq. Maddi durumunuzun da yaxşılaşacağı gözlənilir.