Bürcünüzə görə TƏRZİNİZ NECƏDİR?

Bürcünüzə görə TƏRZİNİZ NECƏDİR?
Qoç
İddialı olan qoç bürcü qadını paltarlarını diqqətlə seçər. Qeyri-adi olmağı sevər. Çox aksessuar istifadə etməyə üstünlük verməsə də, əvəzolunmaz parçaları günəş eynəyi və saatdır. Qırmızı rəngi sevən qoç bürcü qadınını, çox zaman şalvar və köynəkdə görə bilərsiniz. Parlaq, canlı klassikdən uzaq parçalara üstünlük verməlidir.

Buğa

Buğa qadını hər zaman zərif və baxımlı olmağa diqqət göstərir. Xarici görünüş onlar üçün hər vaxt əhəmiyyətlidir.Aksesuar istifadə etməyi çox sevdiklərini demək olmaz. Hələ ki süni aksessuarın yaxınlığından belə keçmirlər. Yaşıl və yaşılın tonlarını gözəl daşıyan Buğa Qadını casual stilində geyinməyi sevər.

Əkizlər

Əkizlər qadınının tərzində ani dəyişikliklər görülə bilər. Bir gün maskülen tərzə bürünərkən, başqa bir gün romantik ola bilərlər. Rahat olmağı sevən əkizlər qadınına cinsli kombinler çox yaraşır. Əkizlərin favorit rəngi bənövşəyi və bənövşəyinin çalarlarıdır.

Xərçəng

Romantik və həssas olduqlarını bildiyimiz Xərçəng qadınlarının geyimlərində də bunu hiss etmək mümkündür. Şlyapalar, incə uçuşan ətəklər Xərçəng qadınının tez-tez istifadə etdiyi elementlərdəndir. Gözəlliyi xatırladan krujeva ətraflı üst geyimləri və qəşəng köynəklər xərçəngə çox yaraşır.Şık,qadınlığı vurğulayan, klassik paltarlar içində çox xoşbəxt olacaqdır.

Şir

Lüks və ehtişam düşgünü Şir qadını, trendləri yaxından təqib edən, dəbə maraqlı bir şəxsiyyət olaraq geyim məsələsində pul sərfindən özünü saxlaya bilmir. Sarı və günəş tonları şirin rəngidir. Eyni zamanda, brilyant, almaz kimi parıltılı aksesuarları da istifadə etməyi sevirlər.

Qız

Klassik dəst-xətti ilə tanınan qız qadını hər vaxt şık və rahat geyimi ilə ön plandadır. Adətən aksessuar istifadə etməz, amma iri çantalara xüsusi marağı var.Qız bürcü qadınına ən çox yaraşan rənglər mavi və mavinin tonlarıdır.

Tərəzi

Dəbi yaxından təqib edən tərəzi qadını sadə və seçicidir. Aksessuar istifadə etməyi də çox sevir. Romantizmə tutkulu olaraq krujeva və gözəl parçalara maraq göstərən Tərəzi qadınının favorit rəngi yaşılın pastel tonlarıdır.

Əqrəb

Tərzilə bütün baxışları üzərində toplayan Əqrəb qadını, bədəninə tam oturan paltarlara üstünlük verir. Sirli və dinamik olan Əqrəb qadınına zolaqlı paltarlar və göy rəng tonları çox yaraşır.

Oxatan

İdmançı və rahatlığına düşkün olan Yay qadınları adətən cins geyinməyi sevirlər.Oxatan bürcü qadınının favorit rəngi firuzəyidir. Naxışlı üst geyimlərini,didilmiş jeansleri ondan artıq sevən yoxdur.

Oğlaq
Sadə və rahat bir stilə malik olan Oğlaq Bürcü qadınlarının əvəzolunmazı xilaskar bir köynəkdir. Uzun şalvarlar və rəngarəng libaslar onlar üçün doğru bir seçimdir. Pastel və torpaq rəngləri sevən Oğlaq bürcünün Vintage parçalara xüsusi marağı var. Qəşəng bir saat və girdə burun ayaqqabı əvəzolunmazları arasındadır. Ailə anlayışına böyük önəm verən Oğlaq qadınları üçün ailə yadigarı olan bəzək olduqca qiymətlidir.

Dolça
Dəbi yaxından təqib edən Vedrə qadını zövqünə və instinktinə əsaslanaraq stilini özü yaradır. Müasir və rahat geyimi ilə önə çıxan dolça bürcü qadınına göy və açıq mavi, çox
yaraşır.

Balıqlar

Həssas və duyğusal balıq bürcü qadını,xəyal dünyasını geyimlırinə də yansıtır.Aksesuarlarında hər zaman iddialı seçimlərdən yanadır.Su yaşılı və su mavisi rəngləri onun rəngidir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.