24.11.2017 Gündəlik Bürclər (24 Noyabr 2017 Günlük Bürclər)
Buğa - Böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızdakı şanslardan bəhrələnin. Fəaliyyətdə uğurlarınız yaxınlaşmaqdadır.
Əkizlər – Bugünkü astroloji mənzərə yalnız sizin Zodiakdan olanlar üçün uğurlu səfərlər vəd edir. Bununla yanaşı maliyyə məsələlərinin həllində də müəyyən irəliləyişlərə nail ola bilərsiniz.
Xərçəng - Bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız.
Şir - Hər mənada uğurlu gündür. İstər ailə-sevgi münasibətlərində, istərsə də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünüzə güvənməklə çox zirvələri fəth edəcəksiniz.
Qız - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə pul xərcləməyəsiniz. Əks təqdirdə ayın sonuna qədər problemləriniz olacaq. Nəzərə alın ki, tarixi seçim ərəfəsindəsiniz.
Tərəzi - Yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarışlara həsr etməlisiniz. Bu gün sizə daha da əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra maraqlı görüşləriniz olacaq.
Əqrəb - Ümumi əhvalınızda aktivlik baş qaldırdığından neytral mövqedə dayanmamalısınız. İşlə bağlı planlarınızın həllini sürətləndirin. Nahar ərəfəsində sürprizlə rastlaşacaqsınız.
Oxatan - Saat 16-ya qədər bütün planlarınızı reallaşdırmağa çalışın. Qərarlarınızda obyektiv olun ki, nəticədə udasınız. Axşam saatlarında qəlbinizə yaxın insanlarla bir araya gəlin.
Oğlaq - Ailədaxili problemləriniz qabara bilər. Bunun qarşısını almaq üçün qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Sevgiyə xələl gətirən bütün neqativ hərəkətlərə son qoyun.
Dolça - Yalnız sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası isə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçünsə gərgin gündür.
Balıqlar - Saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız.