Stress qrip edərmi? » Feat.Az Sekiller, Xeberler, Yazili

Stress qrip edərmi?

18 April 2015
457
0
Stress qrip edərmi?
Stress qrip edərmi?

Stress əslində daha çox enerji lazım olduğunu hiss edən bədənin verdiyi təbii bir reaksiyadır. Belə bir reaksiyaya yalnız yaralanmaq, kafi yatmamaq, nizamlı yeməmək kimi fiziki təhdidlər deyil, psixoloji problemlər də gətirib çıxarır. Bir işi təcili olaraq ərsəyə gətirmək məcburiyyətində olmanız, əlaqələrinizdə problemlər yaşamanız da stressə səbəb ola bilər. Bəs stresdən qrip olmaq necə?

Bədəniniz fiziki və ya psixoloji bir təhdidlə qarşılaşdığında özünü qorumaq üçün enerji, sürət və konsentrasiyaya ehtiyac duyur. Bu vəziyyətdə sinir və hormon sistemi fəaliyyətə başlayır, böyrəküstü vəzlər adrenalin və kortizol ifraz edir. Bu hormonlar ürək döyüntüsünü, qan təzyiqini və qanda şəkəri artırır. Nəfəs sürətlənir, tezləşir, orqanlara gedən qan artır. Özünüzü daha canlı hiss edirsiniz. Yəni bədəniniz özünü təhlükəyə qarşı hazırlamaq üçün enerjisini və müdafiə etmə gücünü artırır. Bu dəyişikliklər uzun və davamlı olduqda bütün bədənə mənfi istiqamətdə ttəsir edir. Belə ki,əzələ gərginlikləri, baş ağrısı, yuxusuzluq, kilo problemləri yaşanır, xolesterol, şəkər, təzyiq problemləriylə boğuşur, bağırsaq problemləri, depressiya, yaddaş pozuqluğu ilə məşğul olarsınız. Problemlər bunlarla da bitməz. Stress immunitet sistemini zəiflədərək digər xəstəliklərə tutulma riskini artırar. Nəticədə orqanizm qrip də ola bilər.
Bu səbəblə stress yaşayırsınızsa əvvəl canınızı sıxan problemlərlə üzləşməyə və bunları təhlil etməyə çalışın. Əgər qripdən yaxanızı qurtarmaq istəyirsinizsə istirahət etməyə, bol maye qəbul etməyə, C vitamini, sink kimi minerallardan faydalanmağa diqqət edin. Antibiotik qripdə işə yaramaz. Çünki qrip virusların səbəb olduğu bir xəstəlikdir. Ancaq qriplə yanaşı bakteriya infeksiyaları inkişaf edə bilər. Bu səbəblə hərarətiniz çox yüksəkdirsə həkiminizə məsləhətləşərək bir antibiotikə başlaya bilərsiniz. Ekinezya kimi immunitet sisteminizi gücləndirəcək bir vasitəni də həkiminizin tövsiyəsi ilə istifadə edə bilərsiniz.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz