Üzünüzə Əsla Toxundurmamanız Lazım Olan 5 Maddə

Üzünüzə Əsla Toxundurmamanız Lazım Olan 5 Maddə
Feat.Az üzünüzlə əsla təmas etməməsi lazım olan 5 maddənin nə olduğunu açıqlayır.

Dərinizə yaxşı gələcəyini düşündüyünüz və tətbiq etdiyiniz məhsullar, istifadə etdikdən sonra sizi bədbəxt edə bilər. Bu səbəblə pH dərəcəsini pozacaq və zərər verəcək məhsulları ya da maddələri istifadə etməkdən qaçmalısınız.

Mayonez
Sıx və yağlı təbəqəsi dərinizi tıxayar və sızanaqlanmağa səbəb olar.

Limon
Əgər dərinizlə təmas etsə, dərinizin təbii tarazlığını pozacaq. Üstəlik günəş işığına çıxarsanız dərinizdə qaşıntıya, hətta kimyəvi yanıqlara səbəb ola bilər.

Diş pastası
Sızanaq və qara nöqtələr üzərinə diş pastası sürtülməsi, məşhur olan bir əməliyyatdır. Ancaq məsamələri dolduran nanə, peroksit, ətir və spirt kimi maddələr, dəridə daha qalıcı ləkə və sızanaq meydana gəlmələri üçün zəmin yaradır. Qara nöqtə və sızanaq müalicəsi üçün təbii ya da dermatoloji olaraq test edilmiş məhsulların istifadə edilməsi daha doğru və təsirli olacaq.

Spirt
Bir çox kosmetik məhsulun tərkibində spirt vardır. Halbuki spirt quruducudur və dərinizi həddindən artıq çox quruda bilər.

Qabartma tozu
Qabartma tozu, incə quruluşu ilə yaxşı bir peeling məhsulu kimi görünsə də, dəri quruluşu üçün olduqca zərərli olan məhsullar arasındadır. Qabartma tozu ilə dərimizin pH tarazlığı tamamilə pozular.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.