Təsir gücü bitkilərdən də üstün olan göbələklər

05 Eylül 2017
1 223
0
Təsir gücü bitkilərdən də üstün olan göbələklər
Dərman xüsusiyyətlərinə malik göbələklərin müalicə üsulları haqqında elm sahəsi funqoterapiya adlanır. İki min il bundan əvvəl Yaponiyada az qala bütün xəstəlikləri şiitake göbələyi vasitəsilə sağaldır və hətta həmin göbələyin yetişdirilmə sirrini hamıdan gizli saxlayırdılar. Məşhur yapon təbibi Vu Şin yazdığı tibbi traktatda yüzdən çox dərman göbələyi təsvir edir və onların müalicə keyfiyyətinin dərman bitkilərindən qat-qat üstün olduğunu göstərirdi. İbn Sina, Hippokrat, Dioskorid, Qalen, Teofast və başqa məşhur təbiblər bəzi göbələklərin dərman keyfiyyəti olduğundan xəbərdar idilər. Hesablamalara görə, təbiətdə150 min göbələk var və qida məqsədi ilə onlardan 30-dan istifadə edilir.

Feat.Az AZƏRTAC-a istinadən bildirir ki, ekstraktiv və ətirli maddələrlə zəngin olan göbələk orqanizmdəki ağır metalları və radonuklidləri süngər kimi özünə çəkərək zərərsizləşdirir. Bununla yanaşı göbələklər aqrosibin, brozofillin, nemotin və biformin kimi fitonsid maddələr sintez edirlər. 1 kiloqram qurudulmuş göbələkdə olan zülal eyni miqdara mal ətində olandan iki dəfə çoxdur. Göbələk bulyonu ət bulyonundan 7 dəfə daha kalorilidir və tam həzm olunan qida məhsuludur.

Texniki emal və donma zamanı göbələyin tərkibində olan bütün təsirli maddələr aktivliyini itirdiyindən müalicə məqsədi ilə dərman göbələklərinin yalnız toz və ekstraktı tətbiq olunur. Toz halında olan göbələk preparatının tərkibində ekstraktdan fərqli olaraq kimyəvi qatqı yoxdur. Göbələklər toz halına salınmazdan əvvəl radiasiya və toksiki nəzarətdən keçir, cüzi çirkli olanlar məhv edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.