Sizi olduğunuzdan arıq və cazibədar göstərən rənglər

Sizi olduğunuzdan arıq və cazibədar göstərən rənglər
Sizi olduğunuzdan arıq və cazibədar göstərən rənglər


Geyim alış-verişi edərkən ən çox diqqət etməli olduğunuz məsələ rənglərdir. Çünki yanlış rəngdə alınan geyim sizi olduğunuzdan yaşlı və kök göstərə bilər. Ona görə də, sizə yaraşan rəngləri tapmalı və qarderobunuzda bu rənglərə üstünlük verməlisiniz. Düzgün rəng seçimi ilə olduğunuzdan daha gənc və cazibədar görünmək öz əlinizdədir.

1. Dəri rənginə uyğun çalar
Paltar alarkən onun dəri rənginizlə uyğunlaşmasına diqqət edin. Əgər dəriniz sarı, çəhrayı çalarlardadırsa, qırmızı, narıncı rəngli paltarlardan uzaq durun. Açıq rəngli dəriyə sahib olan xanımlar isə ağ rəngli geyimlərdən uzaq durmalıdırlar. Çünki ağ rəng sizi solğun və yaşlı göstərə bilər. Sizin qara, çəhrayı, qırmızı və göy rəngli paltarlara üstünlük verməyiniz məsləhətdir. Buğdayı rəngdə dəriyə sahib olanlara ən çox yaraşan rənglər isə zeytun yaşılı, bənövşəyi və qızılıdır.

2. Klassik rənglər
Klassik və sadə rənglər sizi daha zərif göstərəcək. Boz, qara, bej rəngli geyimlər ofis stili üçün çox uyğundur. Bu çalarlarda olan paltarlar sizin daha nüfuzlu görünməyinizi təmin edəcək.

3. Arıq göstərən rənglər
Hər bir xanım olduğundan daha arıq görünməyi arzulayır. Bu elə də çətin deyi, çünki rənglərlə oynayaraq illüziya yaratmaq mümkündür. Mavi, bənövşəyi və yaşıl rəng sizi olduğunuzdan daha arıq göstərə bilər. Qara, qəhvəyi və tünd göy rəngdəki geyimlər isə arıq göstərməklə yanaşı, daha gənc təəssürat bağışlamağınıza kömək edir.

4. Saç və göz rənginə diqqət!
Geyim seçərkən saç və göz rənginizi də nəzərə almalısınız. Əgər saçlarınız qara, gözləriniz isə qara və ya qəhvəyi, ya da şabalıdının müxtəlif çalarlarındadırsa, sizin üçün ən uyğun rənglər ağ, qırmızı və narıncı rənglərdir.

Saçlarınız qara, gözləriniz isə mavi və ya yaşıldırsa, qan qırmızı və tünd yaşıl rənglərdə geyimlər almalısınız.

Tünd qəhvəyi saçınız, tünd çalarlarda gözünüz narıncı və qızılı çalarlara, həmçinin, sarı rəngə üstünlük verməyinizi tələb edir.

Qəhvəyi saçlı, yaşıl və ya mavi gözlülərə isə açıq bənövşəyi və çəhrayı rənglər yaraşar.

Sarı saçlara sahib olanlar yaşıl, qara, qırmızı və mavidən imtina etməməlidirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Tunu
    • Tunu
    • 19 Haziran 2016 08:39
    relaxed
  2. -Aydan-
    onsuz ariğam)))
    TəşəkkürləR
  3. AleDa
    • AleDa
    • 30 Ekim 2015 23:32
    Klassık renglı paltarlara ustunluk verırem.. En coxda qara. Tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.