Coco Chanel Geyim Sirləri

Coco Chanel Geyim Sirləri
Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir.

İyirmi yaşınızda sizin üzünüz sizə təbiət tərəfindən verilir; onun əlli yaşınızda necə olacağı sizdən asılıdır

Əvəzolunmaz olmaq üçün, həmişə dəyişmək lazımdır.

İşləmək vaxtı və sevmək vaxtı var. Başqa heç bir şeyə vaxt qalmır.

Əgər siz heç vaxt malik olmadığınız bir şeyə malik olmaq istəyirsinizsə, heç vaxt etmədiyinizi etməli olacaqsınız.

Əgər sən qanadlarsız doğulmusansa, onların böyüməsinə mane olma

Sizin mənim haqqımda nə düşündüyünüz heç vecimə də deyil. Mən sizin haqqınızda ümumiyyətlə düşünmürəm.

Demək bu imiş şan,şöhrət-"Tənhalıq".

Pullu olan adamlar birdə zəngin olan adamlar.

Əgər qadın gözəl deyilsə bu onun axmaqlığıdır!

Sevgidən ən gözəl şey onu doya-doya yaşamaqdır!

Coco Chanel-dən geyim sirləri!

Chaneldən əfsanəvi stil təklifləri

1971-ci ildə vəfat edən moda inqilabçısı Coco Chanel, "Zərifliyin özü sadəlikdir" deyərək qadınlara həyat və moda sahəsində bir çox tövsiyə etmişdir.

Chanelin modası əsla keçməyən qüsursuz qəşəngliyinin təməlində də bu sadəlik durur.

"Lüksün rahat olması lazımdır, əks halda lüks deyil"


Coco Chanelin moda anlayışı hər vaxt rahatlıq üzərinə olmuşdur. Müştərilərin rahatlığı hər vaxt ilk plandadır. Əsla moda üçün moda yaratmamışdır.

Alçaq dikdaban ayaqqabılar, pencək altına geyilən qolsuz bluzlar, uzun qayışlı çantalar... Bütün bunlar qadınların rahatlığı göz önünə alınaraq hazırlanmışdır.

"Şalvar, qadınları azadlaşdırar"


Coco Chanelə qədər qadınlar dar korsetlər içində acı çəkirdilər. Qadın şalvarı hazırlayan və geyən ilk qadın olan Coco Chanelin cəsarəti başlarda çox tənqid olunsa da, qısa müddətdə qadınlar arasında şalvar modası sürətlə yayıldı.

Coco, qısa şalvarları bahalı klassik geyimlərlə birlikdə geyərdi. Gecə çölə çıxarkən geymək üçün hazırladığı geniş şalvarları isə Marlene Dietrich sayəsində çox məşhur oldu.

"Mükəmməl bir ətək diz qapağını örtməlidir"


Madmazel Coco, görünən diz qapaqlarının estetik olmadığını düşündüyü üçün ideal ətək boyunun dizləri örtən olduğuna inanırdı.
İş qadınları üçün düz və dar ətəklər hazırladı.

"Kiçik qara paltarları çox sevin"

Coco Chanel 1926-cı ildə kiçik qara paltar anlayışını həyatımıza gətirdi. Həm gecə, həm gündüz istifadə edilən, həm seksual, həm çox istiqamətli olan, aksesuarlar ilə fərqli görünüşlərə bürünən bu paltarları qadınlara hədiyyə etdi.
Yas rəngi olaraq qəbul edilən qara, Chaneldən sonra klassik qəşəngliyin rəngi oldu.

"Pencək yumşaq olmalıdır"

1925-ci ildə Coco, ilk yumşaq pencəyi hazırladı. Bu yeni bir yanaşma idi.
İpəkdən, qol oyuğu geniş və dar qollu təqdim etdiyi pencəklər çox zərif idi.

"Aksesuar: Nə qədər çox olsa o qədər yaxşıdır"


Coco Chanel aksesuarları çox sevirdi. Onları üst üstə taxmaq favorit görünüşü idi. Bahalı ləl-cəvahiratlar ilə bijuteriyanı birləşdirirdi.

"Qəşəng ayaqqabılar iki rəng ola bilər"


Chanel, ayaqqabıda qara və ağ kombinasiyasının ayaqları seksual və kiçik göstərdiyinə inanırdı. Məşhur qara ağ Chanel ayaqqabılar da bu inancdan doğulmuşdur.

"Çiyin asqılı çanta ən yaxşısıdır"

Çiyin asqılı çanta ən yaxşısıdır çünki əlləri sərbəst buraxar. Chanelin klassiklər arasına girmiş, zəncir saplı kapitone çiyin çantası hələ ən çox satan çanta modellərindən biridir.

"Ətir, geyim qədər əhəmiyyətlidir"

Ətir istifadə etməyən bir qadının gələcəyi yoxdur deyəcək qədər ətirə əhəmiyyət verən Coco Chanel, 1922-ci ildə qadınların və kişilərin dəli olduğu məşhur Chanel No5i yaratdı. Bu ətir, o gündən bu yana hələ ən çox satanlar arasındadır...

"Ətiri öpülmək istədiyiniz yerlərə sürtün" Coco Chanel
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.