Oğlan saç stilində zərif görünməyi bacaran gözəllər – FOTOLAR

24 Nisan 2017
2 678
0
Oğlan saç stilində zərif görünməyi bacaran gözəllər – FOTOLAR
Qısa saçlar bu gün ən dəbdə olan kəsimlərdir. Bu saç stili kişiyə xas olsa da, qızlar da həmin saç düzümündə dəbli və effektli görünür.

Feat.Az
publika.az-ın gözəllik bölməsinə istinadən bu yazıda müxtəlif zamanlarda qısa saç stilini dəbə gətirən məşhurları xatırlayıb.

Odri Hepbern “Roma tətilləri” filmində qısa saç stili ilə hər kəsdə yüngül şok effekti yaratsa da, çox keçmədən onun oğlan saç stilini cəsarətli modapərəstlər də təkrarlayıb. “Tiffanidə səhər yeməyi” filmindən sonra isə onun adı əsl stil ikonası kimi hallanmağa başlayıb. Nəticədə, Odri Hepbern dəblə ayaqlaşan deyil, dəbi yaradan qadınlardan biri sayılıb.

Məşhur rejissor Jan Lük Qodarın “Son nəfəsdə” filmində insan gözlərini Cin Siberqin qısa saçından ayıra bilmir. Parisdə yaşayan qadının həyatından bəhs edən filmdə aktrisa güclü qadın obrazında çıxış edib.

Oğlan saç stili deyəndə, şübhəsiz, ağlımıza ilk növbədə dünya şöhrətli model Tviqqi gəlir. 1960-cı illərdə qısa saçın dəbə minməsində onun rolu əvəzsizdir. Tviqqi yalnız öz zamanının deyil, bütün zamanların ən ruhlandırıcı qadınlarından olub.

Bir müddət öz əhəmiyyətini itirən oğlan saç stili 90-cı illərdə Linda Yevangelista, Keyt Moss və Naomi Kempbelin sayəsində yenidən dəbə minib. Linda super model statusunu qazanmasını da qısa saç stilinə borcludur.

Viktoriya Bekhem səhnə həyatının ilk illərində ən iddialı oğlan saç stilinə üstünlük verib.

“Pişik qadın” filmində Holli Berri qısa saç stili sayəsində vəhşi pişik obrazını ən yaxşı şəkildə canlandırıb. Daha sonra qısa saç stilindən imtina etməyən Berri bir çox qadınların da böyük ilham mənbəyi olub.

2005-ci ildə Kira Naytli uzun, dalğalı saçlarını qısa kəsdirməklə hər kəsi təəccübləndirməyə müvəffəq olub. Üstəlik, modapərəstlərin rəğbətini qazanaraq onları da saçını kəsməyə cəsarətləndirib.

Natali Portman saçını “V for Vendetta” filmi üçün kəsdirib. Qısa saç düzümü ona çox yaraşdığından bir müddət bu saç düzümündən imtina etməyib. Üstəlik, qısa saç stili ilə seksuallığını nəzərə çarpdırıb.

“Harri Potter” filminin əsas qəhrəmanı Emma Uatsonun da qısa saç stilinin aktuallaşmasında böyük payı var. O, qısa saç stilini cəlbedici göz makiyajı ilə tamamlamağı xoşlayıb.

Cennifer Lourens nə etsə, hadisəyə çevrilir. Təəccüblü deyil ki, onun qısa saç stili radikal dəyişikliyə hazır olan bir çox qızın uzun saçları ilə vidalaşmasına səbəb olub.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.