Əl-üz yuyandan pis qoxuları aparmağın SADƏ YOLLARI

08 Kasım 2017
1 879
0
Əl-üz yuyandan pis qoxuları aparmağın SADƏ YOLLARI
Hər nə qədər diqqət etsək də, hər cür tullantı keçdiyi üçün əl-üz yuyanlarda zamanla pis qoxular yaranmağa başlayır. Tərkibində həddindən çox kimyəvi maddə olan təmizləyici vasitələr boğazımıza zərər verdiyi kimi, pis qoxuları da aparmır. Feat.Az sizə sağlamlığa zərərə vermədən təbii yollarla əl-üz yuyandan pis qoxuları yox etməyin yollarını göstərir.

Qəhvə və isti su

Bir az qəhvə və isti suyu qarışdıraraq əl-üz yuyanınıza tökün. Nəticədə orada yığılan yağlardan və pis qoxulardan qurtulacaqsınız.

Limon qabıqları və su
Limon qabıqları ilə sürtdüyünüz əl-üz yuyanınıza bir az isti su tökərək, həm pis qoxulardan qurtulmuş olacaqsınız, həm də içərisi parıldayacaq.

Soda və sirkə
1 stəkan sirkəni əl-üz yuyana tökün. Üzərinə 1 stəkan sodanı da əlavə edib köpüklədin. İsti suyu da əlavə etdikdən sonra bir neçə dəqiqə gözləyin. Bu qarışım boruları açaraq pis qoxuları aradan qaldıracaq.

Limon suyu və soda
2 stəkan limon suyunu kiçik bir qabda isidin. 1 stəkan soda əlavə edib əridin. Köpük halına gətirdiyiniz qarışımı əl-üz yuyana tökün və 10 dəqiqə saxlayın.
Daha sonra əl-üz yuyanınızı təmizlədikdə əla bir nəticə əldə etmiş olacaqsınız.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.