Lüşer Testi - Rəng Testi

22 Eylül 2016
3 037
0
Lüşer Testi - Rəng Testi
Burada 2 rəng seçməlisiniz Favorit rəngi seçmək məcburiyyətində deyilsiniz,hazırki vəziyyətinizdə sizə xoş gələn və gəlməyən olsun

1.Hazırda ürəyinizcə olan rəng
2.hazırda ürəyinizcə olmayan rəng

Mavi

Xoşunuza gəlibsə,hazırda siz razılıq,güvən, anlayış və şəfqət istəyirsiniz. Hazırda emosional rahatlıqdasız. Sakit, yumşaq və xəyalpərəstsiniz.Dostlarınızla ünsiyyət sizə xoşdur.

Xoşunuza gəlməyibsə,siz narahatsınız.Ola bilər ki, yaxınlarda hansısa yaxın insanla uzaqlaşmısınız. Özünüzü tənha və qəlbi qırılmış hiss edirsiniz.

Yaşıl

Xoşunuza gəlibsə, özünüzə inanırsınız. Gücünüzün ən yüksək nöqtəsindəsiniz. Özünüzə hörmətiniz artıb. Çox şeyə qadirsiniz və hökmü əlinizə almağa can atırsınız. Həmsöhbətiniz üzərində hegemonluq etmək istəyirsiniz. Əksi də ola bilər,yəni siz sadəcə psixoloji dpnüşüm yaşayırsınız.

Xoşunuza gəlməyibsə, tərəf müqabilinizin sizə diqqət etməməsindən şikayətçisiniz. Küskün,ruhdan düşmüş, təhqir olunmuş hiss edirsiniz. Qarşı qoymağa gücünüz qalmayıb.

Qırmızı

Xoşunuza gəlibsə,hazırda emosional ehtiraslısınız. Əhvalınız yaxşıdır. Uğur qazanmağa can atırsınız. Amma qarşnızdakının üzərinə çox gedirsiniz. Siz tərs,bəzən də agressivsiniz.

Xoşunuza gəlməyibsə, hazırda əsəbi və hər şeyə qıcıqlanırsınız. Dərin stressdəsiniz. Gücsüz və yorğun hiss edirsiniz.

Sarı

Xoşunuza gəlibsə,optimizim ürəyinizi əlinə alıb və sürətlə döyünməsini vadar edir. Rahatlıq və ümid dolusunuz. Dəyişikliklərə hazırsınız. Münasibətlərdə azadlığa hazırsınız.

Xoşunuza gəlməyibsə, dəhşətli xəyal gırıglığına düşmüsünüz. Heç kəsə inanmır,şübhə edirsiniz. Emosional vəziyyətiniz stabil deyil. Qarışıqlıqdasınız.

Bənövşəyi

Xoşunuza gəlibsə,hamıyla flirt edirsiniz. Hamının xoşuna gəlmək istəyirsiniz.Kompliment və iltifatlar istəyirsiniz. Dəstək istəyirsiniz. Əhvalınız normaldır.

Xoşunuza gəlməyibsə, gözə görünməməyə çalışırsınız. Hamıdan qaçırsınız. Hisslərinizi cilovlamağa çalışırsınız.

Qəhvəyi


Xoşunuza gəlibsə,yorğunsunuz,dincəlmək və emosional rahatlıq istəyirsiniz. Psixoloji yorğunsunuz. Dostların dəstəyinə ehtiyacınız var. Nədənsə qorxursunuz. Ruhi qidaya ehtiyaciniz var.

Xoşunuza gəlməyibsə, gərilmiş sim kimisiniz. Bütün emosional və fiziki istəklərinizi bastırmağa çalışırsınız. Özünüzə məhdudiyyətlər qoymaqla güclü olmaq istəyirsiniz.

Qara


Xoşunuza gəldisə, negativizmi sevirsiniz. Etiraz,agressiya sizin bədəninizi və ruhunuzu ələ alıb.Düşmən mövgeyindəsiniz və hər şeyə aqressiv cavab verməyə qadirsiniz. Siz ozünüzü və ətrafınızdakılarla müanisəbtinizi məhv edə bilərsiniz.

Xoşunuza gəlməyibsə, xaricdən sakit və özünüzə inamlısınız. Amma agressiyanı daxilinzə atmısınız. Özünüzü məhv edirsiniz,üzürsünüz.

Boz

Xoşunuza gəldisə,siz sığınacağınız adam axtarırsınız.Başınızı goymağa çiyin axtarısınız. Həyatınızdakı sizi incidən şeylərdən qaçmaq istəyiriniz. Emosional sakitlik və yuva istəyirsiniz. Əsl hisslərinizi maskalayırsınız. Guya ki,vecinizə deyil.

Xoşunuza gəlmədisə, Heç vaxt olmadığı kimi proaktivsiniz. Siz indi və burda prinsipinə uyğun hərəkət edirisniz. Şənsiniz. Məqsədnizi var ,Şsabaha inanırsınız.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.