Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

12 Şubat 2016
2 464
1
Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə
Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Böhran hərəmizi bir tərəfdən vurur, hərəmizə bir tərəfdən təsir edir, bəzən isə – hər tərəfdən! Bu gün sizin üçün daha çox yumoristik-satiristik müşahidə postu hazırlamışıq.

Bir azərbaycanlı böhranla bağlı ən çox hansı şərhi verə bilər? Yəqin ki, bir çox sözlər ağlınıza gəldi. Elə bizim də! Bizimlə hər birimizin ən çox eşitdiyi 10 cümləni nəzərdən keçirin!


Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

1.”İndi elə zəmanədir ki, bundan faydalanmaq lazımdır.”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Bu kateqoriyaya aid olan insanlara hər gün, hər saat və hətta hər dəqiqə rast gələ bilərsiniz. Onların pafoslu nikbinliyi insanı əsəbləşdirməyə bilmir. Demək olar ki, hər iki insandan biri böhrandan xeyir çıxaracağına inanır. Hələ ki, xeyir çıxaranın görməmişik.

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

2. “Hələ bu harasıdır ki!”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Həəə… Özünüz başa düşdünüz. Bu kateqoriyaya aid insanlar bizi dibə aparmağı sevirlər. Yanlarında beş dəqiqə oturmaqla, intihar etmək istəyə bilərsən. Heç bir işıq ucu qoymurlar. Adam istəyir desin ki, “Ay zalım balası, bəsdir də, bunları mən də bilirəm, bəsdir!” Amma deyə bilmirsən, gedirsən dibə… dibəə… dibəəəə….

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

3. “Əşii, məncə çox böyüdürsüz, düzələcək!”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Bu insanlar nikbinliyin nirvanasını yaşamasalar da, bu məsələnin müvəqqəti olacağına inanır və az da olsa işıq ucu görürlər. Onlarla söhbətdən sonra, özünüzü növbəti dəfə alış-veriş edəndə əsəbləşənə qədər daha nikbin hiss edirsiniz. Bir qayda olaraq, həyat fəlsəfələri vecsizlikdən ibarətdir.

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

4. “Tezliklə ölkədə qıtlıq olacaq, nə qədər ərzaq var, alın yığın evə!”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Bu insanlar manatın devalvasiyasından sonra supermarketləri işğal edən təşvişli vətəndaşlardır. Hər tərəfə panika yaymaq onların əsas xüsusiyyətidir. Böhran başlayan gündən ərzaq yığmaqla məşğuldurlar və hələ də yığıb qurtara bilmirlər. Qıtlıq olsa, onların evində yeyib-içə bilərik.

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

5. “Sizi bilmirəm, mən böhrandan qabaq da böhrandaydım.”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Cibi böhrandan da əvvəl pul görməyən depressiv qardaşlar, bacılar, xalalar, əmilər bu kateqoriyanın göz muncuqlarıdır. Həqiqətən də, böhradan əvvəl də böhranı hiss etmiş və iş tapa bilməyən insanlar üçün böyük fərq yoxdur.

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

6. “Neft baha olanda nə xeyrini gördük ki, ucuzlaşanda zərərini biz çəkirik?”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Ədalət axtarışçıları. Sözləri həqiqəti olduğu kimi çatdırsa da, yenə də reallıq anlayışları laxlayır – harada yaşadıqlarını unudublar. Bu insanların əla ölçü qabiliyyətləri var, lakin təəssüf ki yaşadıqları mühit onların bu ölçülərinə uyğun deyil.

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

7. “Aradan çıxmaq lazımdır!”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

İllərdir Azərbaycandan köçmək barədə danışanlar, amma hələ də köçüb qurtara bilməyənlər. Onlar ya ailələrinə, ya da maddi imkanlara görə köçə bilmirlər, lakin dayanmadan bu barədə danışırlar, planlar qururlar.

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

8. “Məncə bu siyasi gedişdir, hər şey nəzarət altındadır.”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Bir qayda olaraq, yerli televiziya kanallarına baxan gələcəyin potensial tum çırtlayan qeybətçil xala və əmiləridirlər. Onlara görə hər şey düşünülmüş atılan addımdır, insanlar boş yerə panikaya düşür, hər şey nəzarət altındadır, bunun əksini deyənsə, vətən xainidir.

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

9. “Ev almaq lazımdır, əmlak almaq lazımdır!”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Siyahının ən maraqlı tipləridir. Adətən ciblərində bir aylıq xərcdən artıq pulları olmur, amma hey əmlak, yatırım, ev almaqdan danışır, adamı hövsələdən çıxarırlar. Maraq xətrinə bir kofe almağı xahiş etsəniz, yaylıqları da daima əllərindədir.

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

10. “Gürcüstana köçürəm!”

Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

Saydıqlarımız arasında ən realist olanlardır. Fransa, ABŞ yox, daha rahat yol seçiblər. Seçməyinə seçiblər, amma hər bir halda hərəkət etmək, addım atmaq çətin məsələdir.


Böhranla Bağlı Bir Azərbaycanlıdan Eşidəcəyiniz 10 Məşhur Cümlə

P.S. Yazını “əsəbi-əsəbi” oxumayın, yumor hissiylə yazılmış yazıdır. Əlavələriniz və müşahidələrinizi siz də bizimlə paylaşın :)


Pahoo.az

RƏYLƏR
  1. allah bendesi
    esebi oxumadim :))...cox maraqli xeber olub heqiqeten..maraqla oxudum..ellerinize sagliq..:)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.