Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

18 Şubat 2016
1 488
2
Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş
Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

Bəzən olur ki, hansısa vacib qərar qəbul etməli oluruq, lakin ağlımıza heç nə gəlmir. Saatlarla yerimizdə oturub qala, bu problemə bir həll yolu fikirləşib tapmaya bilərik. Təşvişə düşməyə gərək yoxdur. Hər şeyi nəzarət altına götürmək öz əlinizdədir.

Robert Susa İnventHelp adlı panent bürosunun direktorudur. Kompaniyanın əsas məqsədi işə yeni başlayan tədqiqatçı, kəşfiyyatçı, rəssam və digər peşələrdən olanlara lazımlı köməkləri etməkdir. Bunun üçün də, Robert beyni inkişaf etdirmək mövzusunda xeyli düşünüb, axı beynimizin nə qədər çox şeyə qadir olduğu bir çoxumuza məlumdur. Susa bəzi üsullardan istifadə etməklə ilhamı artırmağın mümkün olduğuna inanır.

Sizə işlərinizi daha da sürətləndirəcək və sizə ilham bəxş edəcək 4 faydalı vərdişi təqdim edirik:


Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

1. Daha Çox Gəzin

Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

Bütün fiziki məşğələlərin öz müsbət tərəfləri var. Lakin ən yaxşı tərəfdən bizə məlum olanları, uzun qaçışlar və velosiped sürməkdir. Məsələ bundadır ki, bu fəaliyyətlər zamanı beyində neyroplastik adlanın xüsusiyyət işə düşür ki, bu da bir çox itirilmiş fiziki qabiliyyətlərinizin bərpasına kömək edir. Bu fəaliyyətlər yaddaşın gücləndirilməsi, beyində hər hansı bir zədədən sonra bərpanın getməsi və s. kimi çox vacib faydalarla məşhurdurlar. Mütəmadi fiziki işlər sizin şüurunuzu və yaddaşınızı gücləndirəcək, beyninizi sakitləşdirməyə və yeni ideyalar üçün əlverişli şərait yaratmağa kömək edəcəkdir. Mütləq sınayın!

Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

2. Özünüzə Məşğuliyyət Tapın

Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

Beynimiz daima axtarışdadır. O, müxtəlif yaradıcı həllər tapmağa çalışaraq, əsas funksiyasını yerinə yetirmək üçün yollar axtarır. Bu işdə beyninizə kömək etmək üçün müxtəlif yeni kəşflərə açıq olun. Xarici dil öyrənmək, rəqsə getmək və ya gitara dərsləri almaq buna misal ola bilər. Həftədə ən azı bir neçə saatınızı yaradıcı və sizdən yeni qabiliyyətlər tələb edən fəaliyyətlərə həsr edin. Sizin yeni hobbi əldə etdiyiniz gün, beyniniz üçün əsl bayrama çevriləcək.

Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

3. Beyniniz üçün qidalanın

Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

Beyninizə də bədəninizdə olduğu kimi müxtəlif faydalı qidalar lazımdır. Bu xüsusilə Omega-3 ilə zəngin olan məhsullar olmalıdır. Bu məhsullar sizin yaddaşınızı möhkəmləndirməyə və beyin funksiyalarınızın daha yaxşı işləməsinə xidmət edir. Omega-3 tərkibli vitaminləri istənilən əczaxanadan əldə edə bilərsiniz. Bundan əlavə yumurta, balıq, göyərtilər, quru meyvələr və ləbləbi sizə bu işdə kömək edə bilər. Bu məhsullar siz sevimli işinizlə məşğul olarkən, beyninizin daha yaxşı və məhsuldar olmasına səbəb olacaqdır.

Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

4. Zehni istirahət üçün zaman ayırın

Beyninizi Gücləndirəcək 4 Gündəlik Vərdiş

Mütləq müxtəlif meditasiya texnikaları öyrənin. Meditasiya və yoqa sizə gün ərzində beyninizə bir neçə dəqiqəlik də olsa fasilə verməyə kömək edəcək. Unudulmaz Stiv Cobs da uzun illər meditasiya ilə məşğul olub. O deyirdi ki, bu məşğələlər sayəsində sakitləşməyi, intuasiyasını gücləndirməyi, baxışlarını müəyyənləşdirməyi, özünü indiki zamanda və olduğu yerdə hiss etməyi öyrənib.


Pahoo.az\Ink.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    gezmek ve omega 3 bilirdim..cox sag ol paylaşim ucun ellerine sagliq faydali xeberdir
  2. Jessica
    Lazımlı xəbərdir Təşəkkür
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.