Qapılardan birini seç, xasiyyətini öyrən - TEST

Qapılardan birini seç, xasiyyətini öyrən - TEST
Qarşınıza 10 fərqli rəngdə qapı çıxacaq. Feat.Az-ın bu testində seçdiyiniz qapıya əsasən sizin xarakteriniz analiz ediləcək. Hər rəng qapı nömrələnib. Əvvəlcə diqqətlə baxın və seçdiyiniz qapının nömrəsini yadınızda saxlayın.

Diqqətlə baxdınızmı? Hazırsınız? Onda başladıq.


1 nömrəli qapı firuzəyi rəngdədir. Əgər bu qapını seçmisinizsə, hər şeyin açıq-aydın görünməsindən xoşu gələn və əyləncəni sevən insansınız. Hər zaman başqaları üçün ən yaxşısını istəyirsiniz.

2 nömrəli qara qapıdır. Bu qapını seçmisinizsə, sadəlik, dəbdəbə düşkünü olmayan, əliaçıq, lakin irəli getməkdə problemlər yaşayan xarakterə maliksiniz.

3 nömrəli qapı narıncıdır. Narıncını seçmisinizsə, bütün diqqətləri üzərinə toplayan, orijinal, fərqli və maraqlı insansınız. Bir çox mövzularda uğur əldə etmisiniz. Yaradıcılıqla maraqlanırsınız və özünüz də yaradıcı insansınız.

4 nömrəli qapı yaşıldır. Bu rəngi seçmisinizsə, musiqi, ədəbiyyat, rəsm və ya heykəltəraşlıq kimi sənətlərə marağınız var. Digər insanların sizi sanki bir qaya kimi sağlam və dözümlü görməsini istəyirsiniz.

5 nömrəli qapı bənövşəyidir. Bənövşəyi rəngin üzərində dayanmısınızsa, özünüzü hər hansı bir yerə, qrupa aid etməyə üstünlük verirsiniz. Diqqət cəlb etməyi sevən və yaradıcı insansınız. Aktiv həyat tərziniz var.

6 nömrəli qapı qırmızıdır. Qırmızını sevirsinizsə, özünüzdən çox əminsiniz. Detallara varmaq mövzusunda təəccübləndirici dərəcədə bacarığınız var. Özünüzə güvənirsiniz.

7 nömrəli qapı ağdır. Əgər bu rəngə üstünlük vermisinizsə, sadə, minimalist və hər zaman görüləcək vacib işləri olan adamsınız. Özünüzü başqalarına həsr edirsiniz. Olduqca emosionalsınız.

8 nömrəli qapı açıq yaşıldır. Yaşılı seçmisinizsə, əşyaların və işarələrin gücünə inanan, rəmzlərə diqqət edən insansınız. Çox çətin bir problemi həll etmək qabiliyyətinə maliksiniz.

9 nömrəli qapı mavidir. Əyləncəli, zarafatcıl, ürəyi sonsuza qədər açıq və daim gənc ruhlu insansınız. Lakin özünə qarşı güvənsizlik hissi yaşayırsınız. Həyatınızın müəyyən dövrlərinə aid daim narahatlıqlarınız var.

10 nömrəli taxta qapını seçmisinizsə, bütünlüyə əhəmiyyət verirsiniz. Ən kiçik detallarda belə, keyfiyyət sizin üçün önəmlidir. Nə istədiyini bilir və həyata güvənərək yaşamağı sevirsiniz.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.