“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO
Ölkəmizdə “Beauty Queen of Azerbaijan” (“Azərbaycanın Gözəllik Kraliçası”) yarışması keçiriləcək.

Feat.Az Baku.Ws-ə istinadla xəbər verir ki, yarışın son kastinqi dekabrın 11-dək davam edəcək.

Yarışmanın münsif heyətində Azərbaycanın tanınmış modelyer-dizaynerləri əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Mili Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Afaq İsmayılzadə, əməkdar artist - Tünzalə Ağayeva, stilist-Nəsir Babayev, Fuad Hacıyev, aktyor-aparıcı Şəhriyar Əbilov, rəqqasə- aktrisa- Oksana Rəsulova iştirak edir.

Qatılmış xanımlar arasından cəmi 24 xanım seçiləcək. Seçilmiş 24 xanımdan 12-si yarı final mərhələsində iştirak edəcək. Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarım-final və final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin Tolqa Cam və Serdar Uzuntaş, türk estradasının pop ulduzları - Petek Dinçöz, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir.

“Azərbaycanın Gözəllik kraliçası” yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcək.

Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

“Azərbaycanın Gözəllik Kraliçası” kim olacaq? - FOTO

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.