Dünyanın ən gözəl qızı seçilən 11 yaşlı maniken - FOTO
Anası manekenlik etdiyi agentliyə qızını da gətirir və kiçik qız reklam mütəxəssislərinin diqqətini cəlb edir. Kristinanı bir neçə reklama çəkirlər. Kiçik qızın qeyri-adi qabiliyyətini görən reklam agentliyi onunla müqavilə imzalayır.
“Women Daily Magazin” tərəfindən “Dünyanın ən gözəl qızı” adına layiq görülən Kristina 4 yaşından “Vogue”, “Roberto Cavalli” və “Armani” kimi böyük brendlər üçün podiuma çıxır.
Lakin Kristinanın sürətlə yüksəlişi və məşhurluğu birmənalı qarşılanmır. Psixoloqların bəziləri bildirir ki, bəzən sərhədlər görünməlidir: “Bu yaşda uşaqların inancları çox kövrəkdir və öz qərar mexanizmləri hələ inkişaf etməyib. Media və reklam dünyası istifadə etdikləri obrazları özlərinə sərf edən kimi kodlaşdırırlar. Valideynlər uşaqlarının cinsi bir obyekt kimi qəbul edilməsi mövzusunda gözüaçıq davranmalıdır. Bunlar gələcəkdə onun mənlik hörmətinə zərər verə və bütün həyatını poza bilər”.
Gözəl qızın işlədiyi agentlik isə bildirir ki, Kristina öz uşaqlığını yaşayır: “Bir uşağı makiyaj və ləl-cəvahiratla olduqca yaşlı göstərmək də olar. Təbii ki, bu, təqdir edilmir. Lakin bu cür hallar Kristinaya aid deyil”.
Feat.Az Kristina Pimenovanın fotolarını təqdim edir.