"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO

16 Aralık 2016
2 811
0
"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO
ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Gülay Zeynallı maraqlı açıqlamalar verib:

"Mən atasına nəzərən uşağıma öz qadağalarımı qoyuram. Hər bir qız övladı olan ata qızına qarşı başqa hislərdə olur, nəinki oğlan uşaqlarına qarşı. Məsələn, söymür, döymür, əsəbləşmir və s. Tərbiyə ilə ana məşğul olur. Ata şəkillərini paylaşır, amma ana bunu eləmir, göz dəyməsindən ehtiyatlanır. Qız uşaqlarına, əlbəttə, arxa-dayaq lazımdır. Ata onları qorumalıdır. Atasız yaşamaq, atasız böyümək hislərini yaşamışam. Ona görə də qızımın atasını çox istəməsini qısqanmıram".

Feat.Az xəbər verir ki, daha sonra müğənni anasından və "Xalq ulduzu"ndan da söz açdı:

"Məşhur sənətkarlarımızla eyni efirlərə çıxdıqda, onlarla eyni məkanda olanda mənə deyirlər ki, ay Gülay, sənin ananın əziyyəti yerdə qalmadı. Anam çox əziyyətimi çəkib. Mən hər yerə anamla getmişəm. Bu yerə gəlib çatmağımın səbəbkarı göydə Allah, yerdə anamdır. Allah analarımıza dəyməsin. Övlad hər hansı bir yolu seçə bilər, amma valideyinin dəstəyi önəmlidir. Mən bu sənəti seçəndə anam məni müsabiqələrə, səfərlərə göndərirdi. Hər hansısa bir ifaçının tanınmasında qalmaqalın, klipin və s rolu olur. Amma mənim tanınmamda "Xalq ulduzu"nun rolu oldu. İndi də çalışıram ki, o adı doğruldum. Düzdür, o vaxt özümüz özümüzə səs verirdik. Nə qədər konturlar alırdıq. Amma xalqın dəstəyinə daha çox inanıram. Hətta bir dəfə püşkatma oldu və birinci çıxış mənə düşdü. Təsəvvür edin gözləmə zalında oturacağın birinin altı bütün ürək dərmanları idi. Çox stress keçirirdik. Həyəcandan ayaqlarım əsirdi. Həmin gün oxumağım da xoşuma gəlmədi. Münsiflər də məni yıxdı sürüdü. Səhəri gün səsvermədə həftənin qalibi mən oldum".

"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO

"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO

"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO

"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO

"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO

"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO

"Kamili qısqanmıram" - Gülay ailəsindən danışdı - FOTO

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.