Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Ağ gəlinlik paltarı XIX əsrdə kraliça Viktoriya sayəsində toy mərasiminin ayrılmaz simvolu olub. O, toyunda ağ rəngli paltar geyinən ilk qadın kimi dəb tarixinə düşüb. Ona qədər qadınlar bu əlamətdar gündə həmin dövrün dəbinə uyğun olan geyim seçirdilər.
Son günlərdə gəlinləri rəngli gəlinlik paltarlarında görmək nadir hadisədir. Amma bəzi xalqlar, xüsusilə Asiya və Afrikada gənclər milli toy kostyumlarına üstünlük verir.
Yaponiya
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Yaponiyada gəlinlər mərasim boyu iki paltar dəyişir, biri qırımızı digəri ağ rəngdə olur.
Qana, Qərbi Afrika
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Ənənəvi toy geyimləri çox parlaq və rəngarəng olur. Milli toy libası müxtəlif naxışları ilə göz oxşayır. Hər bir ailəni fərqləndirən, özünəməxsus naxışı olur.
Ruminiya
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Bu gün Rumıniyada əksər yeni evlənənlər müasir geyimdə nikah bağlamağa üstünlük verir. Lakin ölkənin ucqar yerlərində də ənənəvi mərasimlər keçirilir və hər bir bölgə toy libası ilə seçilir.
Laplandiya, Şimali Avropa
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Laplandiya sakinləri ənənəvi geyimləri ilə öyünə bilər. Məsələn, kvadrat düymə həmin adamın evli, yumru isə subay olduğunu bildirir.
Şri-Lanka
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

Toyda adətən gəlin diqqət mərkəzində olur. Lakin Şri-Lankada bəy də ən az gəlin qədər valehedici görünür.
Hindistan
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Hindistanda gəlinlər ənənəvi olaraq qırmızı və ya çəhrayı toy libası geyirlər. Şimal bölgələrində ərli qadınların alnında bindi (qırmızı nöqtə) olur.
Şotlandiya
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

Şotlandiyada kişilər ənənəvi olaraq öz klanının kiltini geyir. Mərasimdən sonra bəy gəlinin yeni ailəyə gəlməsini vurğulamaq məqsədi ilə yaylıqla, gül-çiçəyi gənc arvadının çiyninə atır.
Pakistan
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

Pakistanda toy ənənələri Hindistan ilə çox oxşardır. Ən çox gəlinin əlindəki bəzəkli xına naxışları və qırmızı gəlinlik paltarı demək olar ki, eynidir.
Efiopiya
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Efiopiya Afrikada yeganə ölkədir ki, xristianlıq orada rəsmi dindir. Efiopiyanın əksəriyyəti pravoslavdır. Məhz buna görə də onların toyları yunan və ruslarla çox oxşardır.
İndoneziya
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

İndoneziyada toy adadan asılı olaraq fərqlənir. Bu kiçik ölkədə 300-dən çox etnik qruplar və altı din mövcuddur. Onların hər biri müxtəlif ənənələrə riayət edir.
Çin
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Çində ənənəvi toy rəngi qırmızıdır. Ağ isə matəm və dəfn rəmzidir. Mərasimdən sonra bəy ilə gəlinin başına qırmızı pərdə atılır.
Havay adaları
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Bəy toyunda ənənəvi olaraq başdan-ayağa ağ geyinir. Heç bir toy hörüklər və çələnglər olmadan ötüşmür. Belə ki, gəlinin saç düzümünü təzə çiçəklər bəzəyir.
Malayziya
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

Toy mərasimlərinin əksəriyyəti müsəlman ənənələrinə uyğun keçirilir. Qızlar al-qırmızı, bənövşəyi və ya açıq sarı rəngli paltarlar seçir.
Yəmən yəhudiləri
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

Yəhudi icmalarının əksəriyyətinin müəyyən toy geyimləri yoxdur. Amma Yəmən yəhudiləri istisnadır: Qızlar öz əcdadlarından miras qalan geyimdə ərə gedir.
Cənubi Koreya
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

Ölkədə ənənəvi toy libasları yenidən populyarlaşmağa başlayıb. Qədim ənənəyə əsasən bəy gəlini stolun ətrafına belində gətirməlidir. Bu isə o deməkdir ki, gənc arvadı ərinə arxayın ola bilər.
Norveç
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO

Norveçlilər toya digər təntənəli tədbirlər kimi, ənənəvi kostyum geyirlər.
Bali
Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTO
Balidəki toylar özünün dəbdəbə və gözəlliyi ilə istənilən insanı valeh edəcək. Ənənəvi toy libasının üzərində çoxlu mürəkkəb detallar işlənir. Mərasim zamanı bəylə gəlin qızıl tac taxır.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.