Dünyadakı Ən Yaşlı Ağac - FOTO
Bristlecone Pine - Dünyadakı Ən Yaşlı Ağac
Dünyada yaşayan ən yaşlı canlılar Şimali Amerikadakı Brislecone Şam Ağacları. Elmi adı Pinus Longaeva olan bu ağacların ömürləri olduqca uzundur. Təxminən 5000 yaşında olduqları və Dünyada bu ağaclardan daha yaşlı hər hansı bir canlının tapılmadığı ifadə edilir. Bu ağaclar sərt iqlim şərtlərində və yalnız Şimal Amerikada yetişirlər.
Şam ağaclarından ən yaşlısı 4789 yaşındadır və adı Methuselahdır. Hər hansı bir zərər görməməsi üçün üstündə bu xüsusiyyətini ifadə edəcək işarə yoxdur. Özündən daha yaşlı bir ağac olan Prometheus adlı ağac 1964-cü ildə kəşf edilib işarələndikdən qısa bir müddət sonra quruyub. Bu ağaclar buz dövrü üzərinə araşdırma edən bir geoloq tərəfindən tapılmışdır.