Çantanı nə rəng görürsünüz? - TEST

06 Ocak 2017
3 480
0
Çantanı nə rəng görürsünüz? - TEST
"Mavi mi ağ mı?" Bu problemin cavabı günlərlə internet istifadəçilərini məşğul etmişdi. İndi isə yenə bir çanta 'əsl' rəngiylə yeni bir müzakirə başlatdı.

Feat.Az xəbər verir ki, Twitter istifadəçisi 'whyofcorso' yeni aldığı çantasının fotoşəkilini paylaşdı. Ardından bu paylaşıma bir başqa istifadəçi "Ağ və cəsur" cavabını yazdı. 'Whyofcorso' çantanın əslində mavi olduğunu şərhiylə yenə tanış bir mübahisə başladı: Çantanın əsl rəngi nədir?

İnternetdə bir-birindən fərqli cavablar danışılarkən son cavab yenə çantanın sahibindən gəldi. Çantanın sahibi Kate Spade marka çantanın açıq mavi, 'mystic blue' olduğunu açıqladı. Oxşar modelin bir başqa istifadəçi tərəfindən fərqli bucaq və işıqda çəkilən fotoşəkili çantanın mavi olduğunu gözlər önünə sərir.

İşıq və fotoşəkilin bucağı yenə bir rəng müzakirəsinə səhnə oldu. Yaxşı, siz çantanı nə rəng görürsünüz?

Çantanı nə rəng görürsünüz? - TEST

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.