Telefonlara "Van Damm" "smayliki" gəldi - FOTO
Feat.Az-ın məlumata görə, 56 yaşlı aktyora "Automatik" şirkəti arasında bağlanan müqaviləyə əsasən hazırlanan proqram tətbiqində 159 emoji yer alıb.
Şirkətin ortaqlarından olan Brayn Kavanauq Con açıqlamasında Van Damın uşaqlıqdan bəri pərəstişkarı olduğunu və tətbiqetmənin hazırlanması zamanı onun üz ifadəsinin orjinallığının saxlanılmasına çalışdıqlarını bildirib.
Aktyor isə dünyaya "Van Damm" mesajı verməyin möhtəşəm bir hiss olduğunu söyləyib.
Hansı emojini daha çox bəyənirsiniz sualına isə o, belə cavab verib:
"Əslində ikisi mənim daha çox xoşuma gəlib. Evdən evə təpik atan və pələnglər üzərindəki emoji. Çünki, heyvanları çox sevirəm".
Qeyd edək ki, sözügedən tətbiqi həm Android, həm də iOS istifadəçiləri yükləyə bilər.