Polşada Yerləşən Dünyanın Ən Gözəl İkinci Kəndi - FOTO

Polşada Yerləşən Dünyanın Ən Gözəl İkinci Kəndi - FOTO
Polşada yerləşən balaca kəndlərdən biri də Zalipie qəsəbəsidir. Ərazidə yerləşən evlər Polşanın digər şəhərlərindən dizaynı və rəngləri ilə xüsusilə seçilir. Belə ki, qəsəbədə demək olar ki, hər ev belə rəngarəng güllərlə və naxışlarla bəzədilib.

Bir zamanlar Polşanın Zalipi kəndində adamın biri bekarçılıqdan evinin tavanına çiçək şəkli çəkir. Aradan xeyli müddət keçir və bir də baxırlar ki, bütün kənd əhli evlərini gül çələnginə döndərib. Məhz həmin kənddə 1948-ci ildən bəri “Rəngli kotec” adlı boyama festivalı keçirilir.

Əslində bu festival əvvəlcə İkinci Dünya Müharibəsindən sonra ağır günlər yaşayan Polşa xalqının psixoloji vəziyyətini düzəltmək üçün keçirilməyə başlanıb. O qaranlıq günlərdən günümüzə qədər gələn bu ənənə sayəsində Zalipi kəndi indi başdan-ayağa çiçəklərə bəzədilmiş xiyabana bənzəyir.

Krakovdan sadəcə 90 dəqiqəlik məsafə ilə Polşanın bu əsrarəngiz qəsəbəsinə gedə bilərsiniz. Getmədən əvvəl isə həmin məşhur ərazinin fotolarını izləyin
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.