Ferrari-dən tarixinin ən sürətli və güclü avtomobili

21 Şubat 2017
8 215
0
Ferrari-dən tarixinin ən sürətli və güclü avtomobili
Ferrari şirkəti markanın tarixində ən sürətli və güclü avtomobili təqdim edib.

812 Superfast adını alan yenilik F12berlinetta superkarını əvəz edəcək. Bu, eləcə də sükan idarəetməsinin hidravlik yerinə elektrogücləndirici ilə təqdim edildiyi ilk Ferrari seriya avtomobilidir. Kupe markanın 70 illik yubileyi şərəfinə yaradılan Rosso Settanta xüsusi rəngə boyanıb. Avtomobilin ümumi çəkisi 1525 kq-dır.

Avtomobil 100 km/saat sürəti 2,9 saniyəyə yığır. Onun ön hissəsi əvvəlkilərdən daha aqressivdir. Salon da ciddi dəyişikliyə uğrayıb. Bura yeni alətlər paneli yerləşdirilib, deflektorlar başqa şəkildə yerləşdirilib, sükan və oturacaqlar azacıq fərqlənir. Çox şeydə Ferrari mühəndisləri ilhamı şirkətin ən məşhur modellərindən biri 365 GTB4 Daytona kupesindən alıblar.

Ferrari 812 Superfast avtomobilinə Cenevrə avtosalonunda baxmaq olar, satışlar avtosalondan dərhal sonra başlayacaq. Yeni modelin qiyməti hələ ki, açıqlanmır.

Ferrari-dən tarixinin ən sürətli və güclü avtomobili

Ferrari-dən tarixinin ən sürətli və güclü avtomobili

Ferrari-dən tarixinin ən sürətli və güclü avtomobili

Ferrari-dən tarixinin ən sürətli və güclü avtomobili


buro247.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.