840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt

25 Nisan 2017
3 361
0
840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt
Dodge yenə absurd gücdə avtomobillər hazırlamağa davam edir. 707 at güclü Challenger Hellcat'dən sonra şirkət Dodge Demon'la bazara çıxmağa hazırlaşır. Amerikanların yeni fəxri, New-York avto şousunun bu ilki ulduzu ilə bağlı 5 maraqlı xüsusiyyəti sizinlə bölüşürük.

1. Kapotun altında 840 at güclü mühərrik yatır!


840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt

Feati.Az
technote.az-a istinadən bildirir ki, Dodge Demon'un ən böyük silahı sözsüz ki, mühərrikidir. Eyni kompressorlu (supercharger) 6.2 litr həcmli mühərriki Dodge'un Hellcat qardaşları istifadə etsə də Demon'da vəziyyət bir qədər fərqlidir. Çünki bu dəfə avtomobilin 8 silindirli motoru 707 yox, tam olaraq 840 at gücü hasil edir.

2. 0-100 sürətlənmə: 2.3 saniyə


840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt

Dodge deyirki, Demon'un 0-100 sürətlənməsi 2.3 saniyə çəkəcək. Dəhşətli göstəricidir! 1.5 milyonluq Bugatti Chiron'da belə bu göstərici 2.5 saniyədir. Maşının necə deyirlər "yerinnən" belə tez götürülməsinin əsas səbəblərindən biri daimi istehsalda olan avtomobillərdə ilk dəfə istifadə olunan əyləcli transmissiya və geniş arxa təkərlərdir.

3. Drag yarışlarını 9.65 saniyəyə tamamlayır


0-dan 100-ə 2.3 saniyəyə çatan maşının belə bir göstərici əldə etməsi çox da təəccüblü deyil əslində, amma yarım milyonluq superkarlarının dragları 10+ göstəricilərlə tamamladığını nəzərə alanda, təəccüblənməmək olmur. Amma avtomobil drag xəttini keçəndə sürəti 225 kms'ı ötdüyü üçün avtomobil ABŞ-daki bütün drag pistlərindən çıxışından qabaq uzaqlaşdırılıb. Səbəb? Çox sürətli olması.

4. Almaq fikriniz varsa, tələsin!


840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt

Avtomobilin qiyməti 100.000 dollardan aşağı olacaq amma bir problem var. Dodge cəmi 3.300 ədəd Demon istehsal edəcək. 3.000 ABŞ üçün, 300-də Avropadaki Amerikanlara. Amma əgər 100 min yox 65 min dollar pulunuz varsa onda yenədə 707 at gücünə qane olub, özünüzə bir dənə Hellcat ala bilərsiniz.

5. Avtomobilin cəmi 1 oturacağı var.


840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt

Yox, yox bu maşın üzünnən də göründüyü kimi eqoist deyil amma sağ tərəfdəki sərnişin bardaş qurub otura bilməyəcəyinə görə əlavə də bir dənə oturacaq pis olmaz. Ona görə də ikinci bir oturacaq istəyənlər cəmi 1 dollara Dodge'dan Demon üçün əlavə oturacaq sifariş verə bilərlər.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.